Səfir Nəsimi Ağayev Berlin Texniki Universitetinin prezidenti ilə görüşüb
Səfir Nəsimi Ağayev Avropanın aparıcı texniki universitetlərindən biri olan Berlin Texniki Universitetinin prezidenti professor Geraldine Raux ilə görüşüb. Görüş zamanı Azərbaycan və Almaniya arasında elmi əməkdaşlıq və tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfir Nəsimi Ağayev Berlin Texniki Universitetini elmi mükəmməllik nümunəsi kimi dəyərləndirərək, burada çoxsaylı azərbaycanlı tələbələrin təhsil aldığını diqqətə çatdırıb. Berlin Texniki Universiteti ilə ali təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.