“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 oktyabr 2024

Azərbaycanın zəngin mədəni irsi Berlində təşkil edilən “Nəsrəddin - ailə festivalı”nda təbliğ olunub

Azərbaycan, Pakistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran və Tacikistanın Almaniyadakı səfirliklərinin təşkilatçılığı, Berlin şəhərinin Zehlendorf meriyasının və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə oktyabrın 19-da “Nəsrəddin - ailə festivalı” keçirilib.

 

Zehlendorf meriyasının binasında təşkil olunan festivalda Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılan stenddə ölkəmizin tarixi, mədəniyyəti, milli-mədəni irsi və adət-ənənələri barədə ətraflı məlumat verilib.

 

Festivalın açılış mərasimində qeyd olunan ölkələrin diplomatları, Berlin şəhərinin Steqlitz-Zehlendorf rayonunun meri xanım Maren Şellenberq, Berlin şəhər parlamentinin təhsil komitəsinin sədri Sandra Xalatbari və Almaniya Xarici İşlər Nazirliyinin media və mədəniyyət şöbəsinin müdiri Yens Vaqner çıxışlar edib, dost xalqların milli mədəniyyətlərinin Almaniyada tanıdılması və təbliği, ölkələrimiz və xaqlarımız arasında mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından belə tədbirlərin önəmini vurğulayıblar.

 

Çıxışlardan sonra ölkələrin milli-mədəni irsini və adət-ənənələrini əks etdirən stendlərə baxış keçirilib. Festivalda Molla Nəsrəddinə aid müxtəlif dillərdə çap olunmuş kitablar sərgilənib, iştirakçı ölkələlərin milli mədəniyyətlərinə dair təqdimatlar edilib, azyaşlı iştirakçılar arasında maraqlı stolüstü oyunlar təşkil olunub.

 

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Xarıbülbül Azərbaycan Mədəniyyət Evinin üzvləri Xəyalə Çiftçi, Pərvanə Aslanova və Lalə Məmmədova milli mədəniyyətimizin təbliğ olunduğu stenddə iştirakçılara ölkəmizlə bağlı məlumat verib, onların suallarını cavablandırıblar. Mədəniyyət Evinin şagirdləri Azərbaycan milli geyimlərini iştirakçılara təqdim ediblər. Xarıbülbül Mədəniyyət Evinin nəzdində Səid və Əzizə İbrahimlinin rəhbərliyi ilə fəaliyyət göstərən “Ritm" rəqs qrupunun ifasında "Qarabağ" rəqsi tamaşaçılara təqdim edilib. Festivalın qalibləri Azərbaycanın və digər təşkilatçı ölkələrin səfirlikləri tərəfindən milli atributları əks etdirən hədiyyələrlə təltif olunub.

 

Tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələri də təqdim edilib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti