“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 oktyabr 2016

V Bakı Beynəlxalq Humanitar Forumunun yekununda qəbul olunmuş Bəyannamə

Biz, 2016-cı il 29–30 sentyabr tarixlərində V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində toplaşmış siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri,

- Birləşmiş Millətlər Təşkilatının Minillik Bəyannaməsini, BMT Baş Assambleyasının 2030-cu ilədək davamlı inkişafa dair 2015-ci il 25 sentyabr tarixli Qətnaməsini və iqlim dəyişikliklərinə dair 2015-ci il 12 dekabr tarixli Paris Razılaşmasını rəhbər tutaraq;

- Minillik Bəyannaməsində hədəflənmiş məqsədlərə nail olunmasında müəyyən irəliləyişlər əldə edildiyini vurğulayaraq;

- çox sayda humanitar problemlərin, xüsusilə təhsil və səhiyyə məsələlərinin həllinin mümkünlüyü, informasiya-kommunikasiya texnologiyalarının yayılması, "rəqəmsal fərqlər"in aradan qaldırılması, biliyə əsaslanan cəmiyyətin formalaşdırılması sahələrində qazanılmış əhəmiyyətli nailiyyətləri yüksək dəyərləndirərək;

- davamlı inkişaf sahəsində 2030-cu ilə qədər nəzərdə tutulmuş yeni miqyaslı və ambisiyalı ümumi gündəliyə sadiqliyimizi bəyan edərək və insan kapitalının qorunması və artırılmasının əhəmiyyətini vurğulayaraq;

- insan ləyaqətinin, hüququn aliliyi, ədalət, bərabərlik, irqi, etnik və mədəni müxtəlifliyə hörmət prinsiplərinin başlıca əhəmiyyət daşıdığını etiraf edərək və insan kapitalının artırılmasının minilliyin məqsədlərinin gerçəkləşdirilməsində əsas şərt olduğunu hesab edərək;

- hamını davamlı inkişaf sahəsində bəyan edilmiş 17 məqsədə nail olmaq üçün qüvvələri səfərbər etməyə və bəşəriyyət qarşısında qoyulmuş 169 məsələnin həllində qərarlılıq nümayiş etdirməyə çağıraraq;

- sülh olmadan davamlı inkişafı və davamlı inkişaf olmadan sülhü qeyri-mümkün hesab edərək və bütün ölkələri, xalqları dünyadakı mövcud münaqişələrin təxirə salınmadan və ədalətli həllinə çağıraraq;

- davamlı inkişafı təşkil edən iqtisadi, sosial və ekoloji komponentlərin həyata keçirilməsinin tarazlıqlı təmin olunmasının zəruriliyi ilə razılaşaraq;

- bir çox ölkələrin davamlı inkişafı yolunda qısamüddətli və uzunmüddətli müxtəlif proqramların tərtib olunmasını tələb edən böyük problemlərin hələ də mövcudluğunu dərk edərək,

- kəskinləşən münaqişələri, zorakı ekstremizmi, terrorçuluğu və bunlarla əlaqədar humanitar böhranları və insanların məcburi yerdəyişmələrini qətiyyətlə pisləyərək;

- mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətləri və imkanlarının nəzərə alınmaması hallarının olduğunu qeyd edərək;

- gender bərabərliyi siyasətinə və həssas təbəqədən olan insanların hüquqlarının təminatına sadiqliyimizi bəyan edərək;

- yalnız humanitar etikanın əsas prinsiplərinin nəzərə alınmasının və bütün intellektual, mədəni və sosial potensialın səfərbər edilməsinin ekoloji sivilizasiya hüququnda təsdiqinin mümkünlüyünə diqqət yetirərək;

- humanitar əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin və informasiya texnologiyalarının böyük əhəmiyyətini nəzərə alaraq;

- yaşadığımız planetin və onun təbii ehtiyatlarının etibarlı qorunması, iqlim amilləri və bioloji müxtəlifliyin mühafizəsi zərurətini nəzərə almaqla inkişafın və texnologiyalardan istifadənin təminatı üçün qüvvələrin səfərbər olunmasını arzu edərək;

- qloballaşma şəraitində elmi ictimaiyyətin XXI əsrin çağırışlarına adekvat cavab axtarışları, elmlərin konvergensiyası və innovativ texnologiyaların, eləcə də biotexnologiyaların çox sayda fəlsəfi və etik problemlər meydana gətirdiyini xatırladaraq;

- diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində qlobal humanitar problemlərin • multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru; • insanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi; • jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu; • davamlı inkişaf və ekoloji sivilizasiya; • molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər; • texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları kimi aspektlərini nəzərdən keçirərək:

- V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu və heç şübhəsiz, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan edirik;

- yalnız insan kapitalına yatırılan sərmayələrin müasir dövrün çağırışlarına effektli cavabın, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş idarəçilik, istehsal, elmi və informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinin əsas şərti olduğunu hesab edirik;

- Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikuluralizmin nəzəriyyəsi və təcrübəsinin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;

- Azərbaycanda bütövlükdə insan kapitalının qorunması və artırılması işində, eləcə də əhalinin qaçqınlar və məcburi köçkünlər kimi həssas qrupundan bu amilin davamlı inkişaf məqsədilə effektli istifadəsində yüksək nəticələr əldə olunduğunu ifadə edirik;

- insan kapitalının həmçinin fənlərarası ən yeni bilik və bacarıqların inteqrasiyası, fasiləsiz təhsil proqramları və eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi yoluyla inkişafının davamlı inkişafın vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik;

- sivilizasiyararası, mədəniyyətlərarası və konfessiyalararası səmərəli dialoqun təşkili məqsədlərinə nail olunmasında informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin artan rolunu vurğulayırıq;

- ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşdırılması zərurətinə, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstəkləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsinin vacibliyinə xüsusi diqqət yetiririk;

- elmi ictimaiyyətin ən müxtəlif nümayəndələri, o cümlədən təbiət və humanitar elm sahələrinə mənsub alimlər arasında hərtərəfli fikir mübadiləsinin zəruriliyini dərk edirik və XXI əsrin çağırışlarına uyğun adekvat cavabların təmin olunmasında onların müasir və ənənəvi texnologiyaların konvergensiyası istiqamətindəki səylərini yüksək qiymətləndiririk;

- humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumları tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalaşmasına, müasir qlobal və lokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və dəyirmi masaları mütəmadi surətdə keçirməyə çağırırıq;

- bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edirik və Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalaşması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk;

- bu Bəyannamənin qəbul edilməsini və onun humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə istifadə olunmasını vacib sayırıq.

Bakı Beynəlxalq Humanitar Forumu

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti