“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 sentyabr 2018

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti Börge Brende ilə görüş keçirib.

Çində işgüzar səfərdə olan Nazir Elmar Məmmədyarov Tianjin şəhərində Dünya İqtisadi Forumu (DİF) xətti ilə təşkil edilən Yeni çempionların illik toplantısı çərçivəsində DİF-in prezidenti Börge Brende ilə görüş keçirib.

Həmsöhbətlər Azərbaycanla DİF arasında təşəkkül tapmış ənənəvi əlaqələri məmnuniyyətlə qeyd etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin DİF-in illik toplantılarına qatılması və çıxışları xüsusilə vurğulandı. Ölkəmizin DİF-in müasir dünya qarşısında iqtisadi, siyasi, ictimai və ekoloji sahələrdə duran Dördüncü sənaye inqilabı dövrünə aid təhdidlərin cavablandırılmasına həsr edilmiş hazırkı toplantıda da iştirak etməsi bunun təzahürü olaraq təqdirəlayiq hal kimi dəyərləndirdi.

Nazir Elmar Məmmədyarov qlobal iqtisadi inkişafı meyllərinin izlənilməsi və onun perspektivlərinin proqnozlaşdırılmasına həsr edilmiş DİF-in illk hesabatlarında Azərbaycanda biznes fəaiyyəti üçün şəraitin və rəqabət qabiliyyətinin təmin olunması, yeni iş yerlərinin açılması üzrə göstəricilərin ildən ilə artmasının təsadüfi xarakter daşımadığını qeyd etdi. O, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsi olan bu müsbət nailiyyətlər sayəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğuladı.

Xalqımızın rifahı naminə Azərbaycanın zəngin potensialından daha da səmərəli istifadə edilməsi məqsədilə, regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən nazir Elmar Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin ümdə əhəmiyyətindən bəhs etdi.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olmaqla bərabər Cənubi Qafqaz bölgəsi və daha geniş məkanda hərtərəfli əməkdaşlığa əngəl törətdiyini dedi. 

Həmsöhbətlər Azərbaycanla DİF arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə dair əminliyi ifadə edərək, ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yeri, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi apardılar.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti