“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 iyun 2023

Berlində “Azərbaycanda yəhudi həyatı” adlı geniş tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi İsrail səfirliyi ilə birgə 20 iyun 2023-cü il tarixində Berlindəki qədim tarixə malik Pestalotsi Sinaqoqunda “Azərbaycanda yəhudi həyatı” adlı tədbir, habelə eyniadlı sərgi və “Azərbaycanda Yəhudi İrsi” adlı fotokitabın təqdimatını keçirib. Tədbirin rəsmi tərəfdaşları qismində Almaniya Yəhudiləri Mərkəzi Şurası, Berlin Yəhudi İcması və Avropa Ravvinləri Konfransı kimi Almaniyanın və Avropanın ən nüfuzlu yəhudi təşkilatları çıxış ediblər. Tədbirdə Bundestaq deputatları, Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, yəhudi, türk və digər icmaların üzvləri iştirak ediblər.

Səfir Nəsimi Ağayev çıxışında iştirakçıları ölkəmizdə yaşayan yəhudilər, onların tarixi, Azərbaycandakı multikulturalizm və dinlərarası harmoniya mühiti, İsrail ilə qurulmuş dostluq münasibətləri və strateji tərəfdaşlıq və s. barədə məlumatlandırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin ölkədə multikulturalizm və dinlərarası harmoniya mühitinin daha da dərinləşməsinə və inkişafına yönəldiyini vurğulayıb.

İsrailin Almaniyadakı səfiri Ron Prozor tədbirdəki çıxışında Azərbaycan və İsrail arasında yüksək səviyyəli münasibətlərdən söhbət açıb və ölkəmizin İsraildə səfirliyinin təsis edilməsinin bu münasibətləri yeni səviyyəyə qaldırdığını vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycanda yəhudi icmasının yaşaması müsəlmanlar ilə yəhudilərin dinc şəkildə birgəyaşayışına gözəl bir nümunədir. 

Tədbirdə tərəfdaş qismində çıxış edən Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman, Berlin Yəhudi İcmasının sədri Qideon Yoffe və Pestalotsi Sinaqoqunun baş ravvini Yonah Zivers çıxışlarında Azərbaycanda mövcud olan tolerantlıq və dinlərarası harmoniya mühitinin çox təqdirəlayiq hal olduğunu bildiriblər.

Tədbir çərçivəsində AR Milli Məclisinin deputatı Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Bakı Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovskinin iştirakı ilə panel müzakirələr keçirilib. İştirakçılar müsəlman ölkəsində yəhudilərin azad fəaliyyət göstərməsi, öz dini ayinlərini sərbəst şəkildə icra etmələri, habelə Azərbaycanın antisemitizm hallarının mövcud olmadığı nadir ölkələrdən olmasından bəhs ediblər.

Tədbir müddətində Almaniyada yaşayan musiqiçi həmyerlimiz, skripkaçı Fəridə Rüstəmova və İzidoro Abramoviçin rəhbərlik etdiyi Pestalotsi Sinaqoqunun xor kollektivi Azərbaycan, yəhudi və Avropa musiqisi nümunələrindən ibarət konsert proqramı ilə çıxış ediblər. İfalar qonaqların böyük marağı ilə qarşılanıb. 

 

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/oTxBqAyhBDg 

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti