Almaniya Federativ Respublikasının Federal Kansleri Zati-aliləri xanım Angela Merkelə
Hörmətli xanım Federal Kansler,
Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 iyun 2017-ci il