“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 noyabr 2017

Berlində Azərbaycanın nəqliyyat, tranzit və loqistika potensialı haqda tədbir keçirilib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin təşkilatçılığı, Alman-Azərbaycan Forumu, Alman İqtisadiyyatının Şərq Komitəsi və “Deutsche Bank”ın dəstəyi ilə 22 noyabr 2017-ci il tarixində Berlin şəhərində Azərbaycanın nəqliyyat, tranzit və loqistika potensialına həsr olunmuş “Trans-Xəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” adlı biznes forum keçirilib.

Forumda Almaniyanın müxtəlif dövlət qurumlarının, özəl sektorun və kütləvi informasiya vasitələrinin 100-ə yaxın nümayəndəsi iştirak edib. Almaniyanın “Deutsche Bahn Engineering and Consulting GmbH”, “Airbus”, “Kühne & Nagel”, “Kocks Ardelt Kranbau GmbH”, “Uniper” və digər qabaqcıl şirkətləri toplantıda təmsil olunub.

Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvü, “Deutsche Bank”ın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils qonaqları salamlayıb. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov və Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harms giriş nitqləri söyləyiblər.

Səfir Ramin Həsənov çıxışında ölkəmizin iqtisadiyyatının diversifikasiyasında və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın trans-regional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə söz açıb. Səfir Azərbaycanın həyata keçirdiyi regional layihələr və alman şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib. Ramin Həsənov həmçinin Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını və işğal olunmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun vəhşicəsinə dağıdıldığını iştirakçıların diqqətinə çatdırıb, işğalın regional əməkdaşlığa və davamlı inkişafa əsas maneə olduğunu vurğulayıb.

Mixael Harms çıxışında cari ildə Azərbaycanda səfərdə olduğunu və təmsil etdiyi Alman İqtisadiyyatının Şərq Komitəsinin gələn il ölkəmizə yüksək səviyyəli nümayəndə heyətinin səfərini həyata keçirəcəyini bildirib. Natiq ölkəmizdə dinamik inkişafın şahidi olduğunu, müxtəlif sahələrdə iqtisadi islahatların aparıldığını və nəticədə Azərbaycanın nəqliyyat və loqistika sahələrində əməkdaşlıq üçün yeni imkanların yarandığını qeyd edib. 

Daha sonra Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofisinin rəhbəri Elçin Əhmədov “Trans-Xəzər nəqliyyat dəhlizinin perspektivləri”, Dövlət Dəniz Administrasiyasının aparatının rəhbəri Əhməd İsmayılov “Trans-Xəzər dəhlizi vasitəsilə dəniz nəqliyyatı”, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Ticarət Dövriyyəsində Yüklərə Nəzarət Şöbəsinin baş inspektoru Fərid Vəliyev “Gömrük və sərhəd keçidinin asanlaşdırılması”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun müşaviri Tural Əliyev “Bir Kəmər, Bir Yol təşəbbüsünün reallaşdırılmasında Ələt azad ticarət zonası əsas alət kimi”, “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov “Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəmir yolu şəbəkələri vasitəsilə yeni tranzit imkanları” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.Forumda Trans-Xəzər nəqliyyat dəhlizi haqqında video-çarx nümayiş olunub.

Forum çərçivəsində eyni zamanda Almaniyanın özəl sektorunun nümayəndələri ilə keçirilmiş işçi nahar zamanı “B2B” danışıqları və biznes şəbəkələşməsi müzakirələri baş tutub.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti