Berlin Filarmoniyasında “Əbədiyyət” adlı konsert keçirilib
24 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Berlin Filarmoniyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə “Əbədiyyət” adlı konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun və Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin çıxışlarından sonra Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında “Köln Gənc Filarmoniyası” simfonik orkestrinin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Asəf Zeynallı, Vasif Adıgözəlov və digər azərbaycanlı bəstəkarların, eləcə də dünya klassiklərinin əsərləri, o cümlədən Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş musiqi parçaları səsləndirilib. Azərbaycanlı musiqiçilər Selcan Nəsibli (soprano), Əvəz Abdulla (bariton), Anar Bramo (skripkaçı), Mirələm Mirələmov (xalq ifaçısı), Kamilə Nəbiyeva (xalq ifaçısı), Əliağa Sadiyev (tarzən) konsertin solistləri qismində çıxış ediblər.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.