Köln şəhərində səyyar konsulluq xidməti göstəriləcək
Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə!
Səyyar Konsulluq Xidməti
Köln şəhəri, 25-26 aprel 2026-cı il
25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.
Müraciət etmək istəyən vətəndaşlardan 20 aprel 2026-cı il tarixinədək ad, soyad, ata adı, pasportun surəti və telefon nömrəsini consul_berlin@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.