Faşizm üzərində qələbə günü və Ramazan bayramı münasibətilə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində 9-15 may 2021-ci il tarixləri qeyri-iş günləridir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.
Əziz həmvətənlərimiz, Sizi faşizm üzərində qələbə günü və Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə gözəl əhval-ruhiyyə, cansağlığı, səadət və sevinc dolu bayram günləri arzulayırıq.