“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 sentyabr 2022

Almaniyada Ələt Azad İqtisadi Zonasının imkanları təqdim olunub

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov 26-29 sentyabr 2022-ci il tarixində Almaniyaya səfər edib. Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən səfər çərçivəsində Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Asossiasiyasında, Səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində və "MÜSİAD Berlin"də (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) təqdimatlar keçirilib. Həmçinin, Almaniyanın Federal Qidalanma və Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Miqyaslı Müəssisələr Asossiasiyasının, “SAP” və “Siemens Mobility” şirkətlərinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlər keçirilib. 

Təqdimat və görüşlərdə Valeh Ələsgərov rəhbərlik etdiyi qurumun qarşısına qoyulan məqsədlər haqqında ətraflı danışıb. Qeyd edib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycana innovativ texnologiyalara əsaslanan, əlavə dəyər yaradan ixrac yönümlü istehsal müəssisələrinin yaradılması üçün münbit şərait təqdim edir. Bu xüsusda alman investorlara unikal qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar, əlverişli logistika və nəqliyyat infrastrukturu, habelə istehsalatın yaradılması üçün bütün zəruri infrastruktur ilə təchiz olunan torpaq sahələri təklif edilir. Təqdim edilən şəraitin yerli və beynəlxalq investorlarda böyük marağa səbəb olduğunu bildirən Valeh Ələsgərov  Almaniya şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib. 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafı, onun şaxələndirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər haqqında danışaraq, Ələt Azad İqtisadi Zonasının bu sahədəki önəmini diqqətə çatdırıb. O, sözügedən iqtisadi zonanın alman investorlar üçün unikal investisiya imkanları yaratdığını bildirib. 

Təqdimatlarda iştirak edən şirkətlərin, eləcə də “SAP” və “Siemens Mobility” şirkətlərinin nümayəndələri Azərbaycana marağını ifadə edərək, gələcək əməkdaşlıq imkanları barədə öz fikirlərini bölüşüblər. 

Tədbirlərdən video-kadrlara bu linkdə baxmaq olar: https://youtu.be/_omflxXNSz0 

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti