“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 may 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikası Bundestaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin regionlardan başlamasının qonaqların Azərbaycan haqqında daha geniş məlumata malik olmaları üçün yaxşı imkan yaratdığını bildirdi. İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkelin Azərbaycana ilk səfərini xatırlayaraq, bunu əlaqələrimizin inkişafında tarixi hadisə kimi dəyərləndirdi və səfərin çox uğurla keçdiyini qeyd etdi. Eyni zamanda, Prezident İlham Əliyev özünün də Almaniyaya səfərlərinin münasibətlərimizin möhkəmləndirilməsinə töhfə verdiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlığımızın çox yüksək səviyyədə və yaxşı perspektivlərə malik olduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin biznes dairələri arasında da əlaqələrin uğurla inkişaf etdiyini, ölkəmizdə xeyli sayda Almaniya şirkətlərinin müxtəlif layihələrdə iştirakının önəmini vurğuladı. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafı baxımından rolunu qeyd etdi.

Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrs paytaxt Bakının və ölkəmizin regionlarının onlarda böyük təəssürat yaratdığını dedi, həmçinin Qəbələyə səfərləri zamanı məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olduqlarını bildirdi. Yohannes Kahrs Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə olduğunu xüsusi vurğuladı.

Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirildi, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

 

Mənbə: https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Almaniya_Bundestaqinin_numayende_heyetini_qebul_edib___YENILANIB-1286128 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti