“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2023

Berlində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının şərəfinə ziyafət verilib

Azərbaycanın Almaniyadakı səfirliyi Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının şərəfinə ziyafət verib. Tədbirdə idmançılar, onların məşqçiləri, nümayəndə heyətinin digər üzvləri, habelə Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Ziyafətdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib ki, Azərbaycan komandasının Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında çoxsaylı idmançılarla təmsil olunması çox sevindirici və qürurverici  haldır. O, komandamızın sözügedən idman tədbirində 24 medal qazanmasının ölkəmiz üçün böyük uğur olduğunu vurğulayıb. Əlavə edib ki, ölkə rəhbərliyinin Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına verdiyi önəm və  Azərbaycan Xüsusi Olimpiya Komitəsinin işinə göstərdiyi qayğı nəticəsində bu böyük idman tədbirinin ölkəmizdə nüfuzu ildən-ilə daha da artır, komanda üzvlərinin sıraları durmadan genişlənir.

N.Ağayev 2015-ci ildə ABŞ-ın Los Anceles şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları keçirilərkən həmin şəhərdə baş konsul vəzifəsində çalışdığını, komandamızın oradakı uğurlarını daim xatırladığını və 8 il sonra bu oyunların məhz Berlində keçirilməsinin çox xoş bir təsadüf olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev ölkəmizin 1991-ci ildən etibarən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak etdiyini, Berlində keçirilən tədbirin ölkəmizin iştirak etdiyi 8-ci tədbir olduğunu bildirib. O, həmçinin tədbir iştirakçılarını Xüsusi Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılar və uğur qazanılan idman növləri barədə məlumatlandırıb.

Daha sonra səfirlik tərəfindən idmançılara Berlin şəhəri ilə bağlı suvenir-hədiyyələr təqdim olunub.

Tədbir zamanı “Caucasian Consort” qrupu tərəfindən səsləndirilən Azərbaycan və beynəlxalq caz musiqisi nümunələri iştirakçıların zövqünü oxşayıb.

 

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/BjfqWJR1vjY

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti