“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 sentyabr 2019

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Berlində elmi-mədəni konfrans və konsert təşkil olunacaq

Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olan İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il ölkəmizdə "Nəsimi İli” elan edilmişdir. Qeyd edilən sərəncamların icrası və İ.Nəsimi irsinin qorunub saxlanılması və təşviq edilməsi məqsədilə Almaniyada da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Belə ki, sentyabrın 11-12-də Berlin şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə konsert baş tutacaq. YUNESKO-nun “Sülh artisti” olan Azərbaycanın xalq artisti, bəstəkar Firəngiz Əlizadənin və digər Azərbaycan bəstəkarlarının İ.Nəsiminin şer və qəzəllərinin əsasında hazırlanmış əsərlərinin ifa olunacağı konsertdə Azərbaycandan gələn Nəsimi Ansamblı ilə yanaşı muğam ifaçısı Teyyub Aslanov da çıxış edəcək. Nəsimi obrazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandıracaq.

Sentyabr ayının 23-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Berlin Humboldt Universitetindəki Azərbaycan Tarixi Kafedrasının təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə elmi-mədəni konfrans təşkil ediləcək. Konfransda klassik Azərbaycan poeziyasının və fəlsəfəsinin ən mühüm və ilk nümayəndələrindən biri olan İ.Nəsiminin yaradıcılığına nəzər yetiriləcək, mütəfəkkirin əsərlərinin əhəmiyyətindən söz açılacaq.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi münasibətilə eyni gündə konsert təşkil olunacaq. Konsertdə "Qarabağ" muğam qrupunun ifasında muğam parçaları səsləndiriləcək. 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti