Səfir Nəsimi Ağayev Alman Akademik Mübadilə Xidmətinin nümayəndələri ilə görüşüb
Səfir Nəsimi Ağayev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Baş katibinin müavini Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında akademik sahədə əməkdaşlığın gücləndirilməsi, tələbə mübadiləsinin artırılması və tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. Təhsil sahəsində səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.