Səfir Nəsimi Ağayev Almaniya Azərbaycanlıları Alyansının toplantısında iştirak edib
Səfir Nəsimi Ağayev 22 fevral 2025-ci il tarixində Almaniya Azərbaycanlıları Alyansının hesabat-seçki toplantısında iştirak edib.
Səfir Nəsimi Ağayev tədbirdə çıxış edərək son illərdə bu ölkədəki diasporumuzun daha mütəşəkkil təşkilatlanması və fəaliyyətinin güclənməsi istiqamətində ciddi irəliləyişlərin olduğunu vurğulayıb. Diasporumuzun ölkəmizlə bağlı həqiqətlərin çatdırılmasında və müəyyən qüvvələrin Azərbaycana qarşı məkrli planlarının qarşısının alınmasında həssaslıq və fəallıq nümayiş etdirdiyi diqqətə çatdırılıb. Səfir soydaşlarımızı diaspor fəaliyyəti ilə yanaşı, Almaniyanın ictimai-siyasi həyatında da yüksək fəallıq göstərmələrinin Azərbaycanın maraqlarının daha səmərəli şəkildə qorunmasında mühüm rol oynadığını qeyd edərək, həmvətənlərimizi fevralın 23-də Almaniyada keçiriləcək federal seçkilərdə aktiv iştirak etməyə çağırıb.
https://azertag.az/xeber/3431051