Səfir Nəsimi Ağayev Almaniya xarici işlər nazirinin müavini Qunter Krixbaum ilə görüşüb
Səfir Nəsimi Ağayev Almaniya xarici işlər nazirinin müavini (Almaniya XİN-də Avropa məsələləri üzrə dövlət naziri) Qunter Krixbaum ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin gücləndirilməsini, regional təhlükəsizlik və nəqliyyat-tranzit imkanları müzakirə edilib. Səfir Nəsimi Ağayev tərəf müqabilini Azərbaycan–Ermənistan sülh prosesinin aktual vəziyyəti barədə məlumatlandırıb.