Səfir Nəsimi Ağayev Avropa Ravvinləri Konfransının nümayəndə heyəti ilə görüşüb
Səfir Nəsimi Ağayev Avropa Ravvinləri Konfransının Prezidenti Pinxas Qoldşmidt və icraçı direktoru Qadi Qroniç ilə görüşüb.
Görüşdə müsəlmanlar və yəhudilərin sülh şəraitində birgəyaşayışının Azərbaycan modeli və bu nümunənin Avropa üçün artan əhəmiyyəti müzakirə olunub. Bu istiqamətdə gələcəkdə də əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb.