Səfir Nəsimi Ağayev Efiopiyanın Almaniyadakı səfiri ilə görüşüb
Səfir Nəsimi Ağayev Efiopiyanın Almaniyadakı səfiri Eskindir Yırqa ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Efiopiya arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fikir mübadiləsi aparılıb. Səfir Nəsimi Ağayev iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə həmkarına təşəkkürünü bildirib.