Səfir Nəsimi Ağayev Simon Vizental Mərkəzinin direktor müavini Abraham Kuper ilə görüşüb
Səfir Nəsimi Ağayev dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzinin direktor müavini ravvin Abraham Kuper ilə görüşüb.
Görüşdə dini dözümlülük və qarşılıqlı anlaşmanın təşviqinin vacibliyi vurğulanıb. Abraham Kuperin dinlərarası dialoq və icmalar arasında körpülərin qurulması istiqamətində göstərdiyi səylər yüksək qiymətləndirilib.