Səfir Nəsimi Ağayev Tsittau-Qörlitz Universitetinin nümayəndə heyəti ilə görüşüb
Səfir Nəsimi Ağayev Almaniyanın Tsittau-Qörlitz Tətbiqi Elmlər Universitetinin turizm ixtisası üzrə professor və tələbələrindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Müzakirələrdə ikitərəfli əməkdaşlığa dair bir sıra mövzular, xüsusilə də XIX əsrin əvvəllərinə gedib çıxan Alman izləri diqqət mərkəzində olub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.