“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 oktyabr 2019

Almaniyada SOCAR-Uniper Əlaqələndirmə Şurasının 6-cı iclası keçirilib

17 oktyabr 2019-cu il tarixində Almaniyanın Bavariya federal torpağının Teqernzee şəhərində SOCAR-Uniper Əlaqələndirmə Şurasının 6-cı iclası keçirilib. İclasda SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti və Uniper şirkətinin rəhbər şəxsləri iştirak ediblər. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iclasda iştirak edib və giriş nitqi ilə çıxış edib.

Səfir R. Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının uğurlarından, Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə enerji əməkdaşlığından, ölkəmizin dünya dövlətləri və enerji şirkətləri üçün etibarlı tərəfdaşa çevrilməsindən danışıb. O, həmçinin Azərbaycan və Almaniya arasındakı münasibətlərdən ətraflı bəhs edib, bu münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini, Almaniyanın Federal Kanslerinin ötən il Azərbaycana səfərinin münasibətlərin inkişafına yeni təkan verdiyini, Azərbaycanın iqtisadi uğurları və həyata keçirdiyi regional layihələrin Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaratdığını və mədəni-humanitar sahədə əlaqələrin son zamanlar xeyli intensivləşdiyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Ermənistanın hərbi təcavüzünün nəticələrini qeyd edib, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyinin münaqişənin sülh yolu ilə həllinə mane olduğunu diqqətə çatdırıb və Almaniyanın Minsk Qrupunun üzvü kimi münaqişənin həllində daha fəal rol oynayacağına ümid etdiyimizi bildirib.  

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov Prezident İlham Əliyevin “Əsrin kontraktının 25-illiyi” tədbirindəki çıxışından sitat gətirərək, “Azərbaycanın beynəlxalq müqavilələrdə etibarlı tərəfdaş olduğunu, 25 il ərzində imzalanmış müqavilələrdə heç bir dəyişiklik olunmadığını yığıncaq iştirakçılarının nəzərinə çatdırıb. O, eyni zamanda təmsil etdiyi şirkətin Azərbaycanda və beynəlxalq bazarlarda fəaliyyəti, o cümlədən beynəlxalq əməkdaşlığı, regional və qlobal səviyyədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Uniper şirkətinin birinci vitse-prezidenti Uve Fip qlobal enerji bazarlarındakı hazırkı vəziyyətdən söz açıb və bu xüsusda şirkətin beynəlxalq fəaliyyəti haqqında danışıb.

SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Cənub Qaz Dəhlizi layihəsi, onun hazırkı vəziyyəti və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Tədbirin davamında SOCAR və Uniper arasındakı əməkdaşlıq, bu çərçivədə həyata keçirilmiş işlər və gələcək planlar nəzərdən keçirilib. SOCAR-Uniper əməkdaşlığının səmərəliyi və qarşılıqlı faydaları vurğulanıb.

Daha sonra SOCAR və Uniper şirkətlərinin aidiyyəti nümayəndələrin iştirakı ilə Azərkimya layihəsindəki nailiyyətlər və onun cari vəziyyəti, SOCAR-ın əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb. İclas çərçivəsində tərəflər arasında 2020-ci il üçün əməkdaşlıq proqramı imzalanıb. 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti