“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2018

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı

15 oktyabr 2018-ci il, Lüksemburq

Xanım  Mogerini,

Komissar  Han,

Hörmətli həmkarlar,

Bu gün nazirlər toplantısında sizinlə birlikdə olmağımdan məmnunluq hissi duyuram. Ümid edirəm ki, bu bizim əməkdaşlığımızın vəziyyətinə və qarşılıqlı nailiyyətlərə, eləcə də bəzi sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün əlavə səylərin göstərilməsinə dair fikir mübadiləsi aparılmasına imkan yaradacaqdır. Mən, həmçinin bugünkü iclasın ev sahibi Jan Asselborna, o cümlədən  Avropa Xarici Fəliyyət Xidmətindən və Avropa Komissiyasından olan həmkarlarıma bugünkü görüşün təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim.                                                      

Brüseldə keçirilən axırıncı Şərq Tərəfdaşlıq (ŞT) sammitindən artıq bir il keçmək üzrədir. Bu sammiti sübut etdi ki, ŞT nəzdində əməkdaşlıq regionda mövcud olan mürəkkəb vəziyyətlə bağlı real mülahizələrə əsaslanmalı və ŞT çərçivəsinin təmin edə biləcəyi faydalara və potensial əlavə dəyərlərə diqqət yetirilməlidir. Bu bizi əvvəlki təcrübələr əsasında ŞT-nın arxitekturasını yenidən formalaşdırmaq və konkret nəticələrə nail olmaq üçün “2020-ci il üçün 20 gözlənilən nəticə” sənədini qəbul etməyə istiqamətləndirdi. İnanırıq ki, həmin nəticələr həyata keçirildikdən sonra, regionumuz daha çox davamlılıq, rifah, inkişaf və bağlılıq potensialına malik olacaqdır. Bu prosesin uğuru Avropa Birliyindən olan tərəfdaşlar ilə əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli istiqamətlərində əldə edilə biləcək əhəmiyyətli nəticələrindən asılı olacaqdır.

2018-ci il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyimizin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir ildir. Bu yaxınlarda Azərbaycan - Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Bu sənədin 2018-2020-ci illər üzrə sektoral əməkdaşlığımız üçün lazımı çərçivəni təmin edəcəyinə inanıram. Amma biz burada dayanmaq istəmirik və mən biz deyərkən Aİ, onun üzv ölkələri və Azərbaycanı nəzərdə tuturam; hədəfimiz 2020-ci ildən sonranı əhatə edir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli öngörülə bilən şəraitdə fəaliyyət göstərmək istərdik.

Bu il, həmçinin bərabər tərəfdaşlıq prinsiplərinə və ümumi maraqlara əsaslanan Azərbaycan-Aİ ikitərəfli razılaşmasında daha da irəliyə getmişik. Biz bu razılaşmanın tərəfdaşlığımızın strateji ruhunu əks etdirəcəyinə inamla danışıqları davam etdiririk.

Hörmətli Həmkarlar,

Mən 2020-ci ilə qədər 20 gözlənilən nəticənin məqsədlərinə nail olmaq üçün əldə etdiyimiz irəliləyişlərə toxunmaq istərdim. Bu məqsədlərin bəziləri mühüm sektorlar üzrə Azərbaycanın Strateji Yol xəritələri ilə eynilik təşkil edir. Azərbaycanda dayanaqlı iqtisadi inkişaf və sosial-iqtisadi artımın təmin edilməsi məqsədilə  institusional və struktur islahatları davam etdirilir. Bu islahatların ilkin nəticələrinə görə iqtisadiyyatın dayanıqlılıq potensialı daha da artmışdır.

Aİ hələ də Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarət dövriyyəmizin 50%-ə yaxını onun payına düşür. Aİ son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə qoymuşdur. Azərbaycanda fəaliyyət göstərən AB mənşəli 1500-dən çox şirkət var. Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən bu şirkətlər arasında aparılan son tədqiqat Azərbaycanın iqtisadiyyatına və davam edən islahatlara inamın artdığını göstərir.

Hörmətli Həmkarlar,

Qurumların gücləndirilməsi və yaxşı idarəçilik məqsədləri Azərbaycan hökumətinin gündəliyində yüksək yer tutur və onların həyata keçirilməsi üçün davamlı səylər göstərilmişdir. Bu xüsusda mən gələcək dövlət qulluqçularının ədalətli, şəffaf və layiqli seçilməsi, Azərbaycanın Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin və gücünün daha da genişləndirilməsi, Məhkəmə binalarında “Elektron Məhkəmə” məlumat sisteminin qurulmasını və s. kimi son islahatları qeyd etmək istərdim.

Onu da qeyd etmək istərdik ki, Avropa Şurasının Ədalət mühakiməsi üzrə Komissiyası (CEPEJ) bu yaxınlarda hesabatında Azərbaycanın hakim seçilməsi prosesini şəffaflığı və obyektivliyi baxımından vurğulamışdır. Həmçinin sizə bildirmək istərdim ki, Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə Fəaliyyət sənədi tezliklə qəbul ediləcək və onun uğurla həyata keçirilməsi şübhəsiz ki, yuxarıda göstərilən məqsədlərə daha tez nail olunmasına öz töhfəsini verəcəkdir.

Ticarət cəbhəsində, bağlılıq ŞT-nin həm ikitərəfli, həm də çoxtərəfli strateji əməkdaşlığının əsasını təşkil edir. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə energetika sahəsində strateji tərəfdaşlığımızı möhkəmləndirməyə davam edirik.  Cənub Qaz Dəhlizinin açılışına həsr olunmuş rəsmi mərasim 29 may 2018-ci il tarixində Bakı Səngəçal Terminalında keçirildi. Cənub Qaz Dəhlizinin digər vacib seqmenti olan TANAP-ın təməlqoyma mərasimi 12 iyun tarixində Türkiyədə keçirilmişdir. Hər iki mühüm tədbirdə ŞT-dan olan dostlarımız da daxil olmaqla, geniş Avropadan bir sıra siyasi liderlər və Aİ-nin yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Trans-Adriatik boru kəmərinin tikintisi son mərhələsindədir. Biz regionda etibarlı uzlaşma şəbəkəsinin inkişafını dəstəkləyirik. Buna görə də biz Cənub Qaz Dəhlizinin tədricən coğrafi genişləndirilməsi üzərində ciddi düşünür və əslində bunun üzərində çalışırıq. Bu yalnız TAP layihəsi ilə bağlı deyil. Əminik ki, bu uzunmüddətli enerji təminatını həyata keçirəcək və təbii qazın Avropada bərpa olunan enerji mənbələri ilə təmiz və davamlı birləşmə rolunu gücləndirəcəkdir.

Nəqliyyat sahəsində Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) göstərici xəritələrinin son genişlənməsi bugün nəqliyyat və ticarət dialoqumuzun inkişaf etdirilməsi məqsədilə möhkəm bir platforma yarada bilər. Burada uzun müddətli investisiya fəaliyyət planının mümkün qədər tez başa çatdırılmasına ehtiyac olduğunu vurğulamaq istərdim. Nəyə görə sualına aydınlıq gətirmək istərdim. Bugün Azərbaycan regionda, o cümlədən Aİ-nin qonşuluğunda yerləşən bir sıra əsas nəqliyyat layihələrinin memarıdır. Biz tərəfdaşlarımızla birlikdə Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərini təşviq edirik.

Şərq-Qərb Dəhlizi Aİ-Çin Uzlaşma Platforması, Aİ-nin Orta Asiya üzrə Strategiyası və Aİ-nin Avropa və Asiyanın birləşdirilməsi üzrə sonuncu Birgə Uzlaşma Kommunikasiya sənədi ilə sıx əlaqəlidir. Cənub-Qərb Dəhlizinin inşası başa çatdıqdan sonra Aİ ilə Hindistan və İran kimi bazarlar arasında ticarət əlaqələri artacaq. Biz etibarlı genişzolaqlı rəqəmsal əlaqələrin regional şəbəkəsinin yaradılması ilə bağlı eyni işi görürük. Biz TASİM adlı Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini təşviq edən və onun təşəbbüskarıyıq. Azərbaycanın bütün səyləri Azərbaycanla dostluq və strateji əlaqələr qurmağa hazır olan qonşularımız və tərəfdaşlarımızla qarşılıqlı fayda üzərində qurulmuşdur. Bu, Şərq Tərəfdaşlığı ölkələrinə artan təsir göstərərək daha geniş regionda ticarətin inkişafına gətirib çıxaracaq.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycan hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik edir. Bu sədrlik dövründə nəqliyyat və bağlılıq sahəsində əməkdaşlıq prioritet təşkil edir və oktyabr ayının sonu və dekabr ayının əvvəlində Nəqliyyat və İKT nazirlərinin görüşləri keçiriləcəkdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibinə Aİ-nin 3 üzv ölkəsi, bir sıra namizəd və assosiativ tərəfdaş ölkələri, eyni zamanda həm Azərbaycan, həm də Aİ-nin digər mühüm qonşuları daxildir. Beləliklə, əslində  bu ŞT coğrafiyasını və hətta daha geniş qonşuluğu əhatə edir. QDİƏT və Aİ arasında regional sinerji var. Bağlılıq  bu əməkdaşlığın elementlərindən biri olmalıdır. Azərbaycan da həmçinin bu sahədə bir çox töhfə verə bilər. QDİƏT-də bizim Aİ ilə qarşılıqlı əlaqələrimiz var – ad hoc işçi qrupu və hətta COEST - QDİƏT görüşləri mövcuddur. Əslində, dekabrın ortalarında Bakıda keçiriləcək Xarici İşlər Nazirləri yığıncağında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədrliyi Bolqarıstana təhvil veririk və biz artıq Brüsseldə QDİƏT-Aİ yüksək səviyyəli konfransının təşkil dilməsi perspektivlərini müzakirə edirik. BU Bolqarıstanın QDİƏT-ə sədrlik dövründə və Rumıniyanın Aİ Şurasında sədrliyi dövründə baş tutacaq. Hər iki ölkə ilə - istər ŞT daxilində, istərsə də Azərbaycan daxilində, Aİ və ya başqa bir regional formatda bizim müzakirə etmək üçün mövzularımız var. Bu mövzular bizim bir çoxumuza aiddir, onlar ŞT-ya da aiddir.

Bu imkanlardan tam istifadə etmək üçün biz insanlar arasında hərəkətlilik və qarşılıqlı təmasların təşviqini daha da inkişaf etdirməliyik. Bu istər tələbə, iş adamları, musiqiçilər, və ya  adi turist olsun. Buna görə də, biz Aİ və Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi razılaşmalarının uğurla həyata keçirilməsinə xüsui əhəmiyyət veririk və bu Aİ ilə Azərbaycan arsında viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması üçün əsas yaradacaqdır.

Hörmətli həmkarlar,

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir. Erməni həmkarım ilə keçirdiyim iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir,

Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır.

Əziz həmkarlar,

Gələn il biz ŞT-nin 10 illiyini qeyd edəcəyik. Bu dövrdə biz bir çox şeylərə şahid olduq. Ancaq bəzi şeylər dəyişmir. Müasir beynəlxalq durum ticarət sahəsində çaxnaşmalar, kiber hücumlar və qeyri-sabit siyasət kimi çağırışlarla üzləşir. Aİ siyasi aktorları böyük ehtimal ilə, Aİ-ni dəyişən mühitə uzun müddət ərzində uyğunlaşdırmalıdırlar. Ümid edirik ki, bu Aİ-nin Şərq qonşuluğu ilə münasibətlərindəki həvəsinə təsir etməyəcəkdir.

Xatırlatmaq istərdim ki, yenidən nəzərdən keçirilmiş AQS, Avropa Qonşuluğunun bir çox hissəsində sabitliyi ən təcili vəzifə kimi təqdim etdi. Şərq Tərəfdaşlığının coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin həlli olmadan əsl sabitlik düşünülə bilməz. Şübhə yoxdur ki, Aİ-nin regionda münasibətlərinin və Şərq Tərəfdaşlığının gələcəyinin uğurlu olması beynəlxalq hüququn təməl prinsiplərinə riayət edilməsi və təhlükəsizliyin təmin olunması ilə sıx bağlıdır. Biz davamlılıqdan danışırıq. Bu prinsiplərin davamlı pozulmasının nəticələrinin aradan qaldırılmasındakı uğursuzluq, habelə təhrif və prinsiplərə seçici yanaşma, qaydalara əsaslanan Avropa düzümünə zərbə vurur. Bu da ŞT daxilində davamlılıq məqsədinə xələl gətirir.

Xanımlar və cənablar,

ŞT yaranandan bəri bəzi nailiyyətlər əldə olunmuşdur. Lakin, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün daha çox əlaqəli səylərə ehtiyac duyduğumuzu qəbul etməmiz lazımdır.

Təşəkkür edirəm!

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti