“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 sentyabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarovun Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin Dostları qrupu tərəfindən təşkil olunmuş 8-ci Nazirlər toplantısında çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin Dostları qrupu tərəfindən təşkil olunmuş 8-ci Nazirlər toplantısında çıxışı

Nyu-York, 21 sentyabr 2016-cı il

Zati-aliləri,

Xanımlar və cənablar,

- İlk öncə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin (NSHQM) ən qısa müddətdə qüvvəyə minməsinin asanlaşdırılmasına yönəlmiş bu əhəmiyyətli toplantını təşkil etdiyinə görə NSHQM-nin Dostları qrupuna təşəkkürümü bildirmək istərdim.

- Bu il Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin imzalanma üçün təqdim olunmasının 20 illiyi tamam olur. Azərbaycan bu təşəbbüsün irəli sürüldüyü vaxtdan etibarən dəstəkləyən ilk ölkələrdən biri olmuşdur.

- Biz NSHQM-nin qüvvəyə minməsinə Nüvə Silahının Yayılmaması Müqaviləsində nəzərdə tutulan nüvədən azad dünyanın yaradılması üçün əhəmiyyətli addım kimi baxırıq. Nüvə tərksilahına potensial töhfəsi ilə yanaşı, biz həmçinin Müqavilənin icrasının verifikasiya sistemindən əldə olunan mülki və elmi faydaları yüksək qiymətləndiririk.  

- Biz nüvə tərksilahı və nüvə silahının yayılmaması məsələlərinə müraciət etmək üçün Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının səylərini təqdir edirik.

- Biz bir sıra dövlətlər tərəfindən həyata keçirilən nüvə sınaqlarına dair könüllü moratoriumları alqışlayırıq. Buna baxmayaraq, ayrıca dövlətlər tərəfindən həyata keçirilən moratoriumlar beynəlxalq sülh və təhlükəsizlik üçün əsas addım olan Müqavilənin qüvvəyə minməsini əvəz edə bilməz. Biz bir daha Müqaviləni hələ də ratifikasiya etməyən II Əlavəyə qoşulan dövlətləri bu istiqamətdə səylərini əsirgəməməyə çağırırıq.

- Fürsətdən istifadə edib, Anqolanı bu formatda keçirilmiş sonuncu iclasdan sonra Müqaviləni ratifikasiya etdiyi üçün təbrik etmək istərdim.

- Nüvə silahlarının yayılmamasına dair Müqavilədə əks olunan nüvəsiz dünya baxışına sadiq olaraq, Azərbaycan bu xüsusda olan beynəlxalq səyləri fəal şəkildə dəstəkləyir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə öz töhfəsini verir. Belə ki, bu razılaşmanın əhatə dairəsi çərçivəsində materialların ərazisi boyunca tranzitinə imkanlar yaradır.

- Yekun olaraq, bir daha NSHQM-nin Dostlarına, həmçinin XIV Maddə üzrə Əlaqələndiricilərə Müqavilənin universallaşdırılması və qüvvəyə minməsi istiqamətində göstərdikləri yorulmaz səylərinə görə təşəkkürümü bildirirəm.

Sağ olun!

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti