“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 dekabr 2023

Berlində Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunub

Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təntənəli bayram tədbiri təşkil edib. Tədbirdə Azərbaycan, türk və digər dost ölkə icmaların üzvləri, habelə alman ictimaiyyətinin nümayəndələri, ümumilikdə 400-ə yaxın qonaq iştirak edib. 

Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib. Bildirib ki, 2023-cü il Azərbaycan xalqının çoxminillik tarixinin ən şanlı illərindən olub. Belə ki, məhz bu il Azərbaycan öz ərazisində mövcud olan, xalqımıza saysız faciələr yaşadan 35 illik silahlı separatizmə son qoyaraq, öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Beləliklə, Azərbaycan İkinci Dünya Müharibəsindən sonra öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş nadir dünya ölkələrdəndir.

N.Ağayev deyib: “Öz xalqının birliyinə və yüksək etimadına söykənən, hərtərəfli düşünülmüş strategiya və siyasət yürüdən, nəyi nə vaxt və necə etməyi çox yaxşı bilən müdrik bir dövlət başçısı kimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı qələbə ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış oldu.”

Səfir vurğulayıb ki, Azərbaycanın suverenliynin və ərazi bütövlüyünün tam bərpası Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusu olub və xoşbəxtlikdən bu arzu məhz onun 100 illiyinin qeyd olunduğu bir ildə reallaşıb. 

Tədbirdə Almaniyadakı Azərbaycan diasporunun bu il müvafiq olaraq 85 və 80 illik yubileyləri qeyd olunan tanınmış simaları, görkəmli incəsənət xadimləri İbrahim Əhrari və Məsud Pənahi Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən hazırlanmış təbrik şəhadətnamələri ilə təltif edilib.

Tədbir çərçivəsində Azərbaycanın əməkdar artisti, müğənni və kanon ifaçısı Rəşad İlyasov öz musiqi kollektivi ilə birgə musiqili-əyləncəli proqram ilə çıxış edib.

Tədbir çərçivəsində həmçinin ziyafət verilib.

 

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/LHMKzqqw9R0 

 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti