“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2025

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində dekabrın 11-də anım tədbiri keçirilib. 

 

Anım mərasimi Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Sonra Heydər Əliyev Fondu tərəfindən çəkilən və dahi şəxsiyyətin xatirəsinə həsr olunan film nümayiş etdirilib. 

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev anım tədbirində çıxış edərək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində tarixi rolundan söz açıb. Azərbaycanın müstəqilliyin əvvəlində ağır sınaqlar – Ermənistanın hərbi təcavüzü, daxili qarşıdurmalar və dövlət institutlarının çökməsi, ölkə həyatının bütün sahələrində dərin tənəzzülün yaşanması ilə üzləşdiyi bir dövrdə məhz Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli liderliyi sayəsində Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, sabitlik və dinamik inkişaf yoluna çıxardığı vurğulanıb. 

 

Heydər Əliyevin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu vurğulayan N.Ağayev bu arzunun müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdiyini qeyd edib. 

 

Heydər Əliyevin əziz xatirəsinin Azərbaycanın bugünkü nailiyyətlərində yaşadığını, onun irsinin sülh, tolerantlıq, tərəqqi və beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq insanlara ilham verməkdə davam etdiyini deyən səfir bildirib ki, Almaniyada yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Vətən qəlbimizdədir” sərgisi də məhz bu amalın təcəssümüdür. Sərginin Ulu Öndərin daim önə çəkdiyi milli-mədəni kimliyə bağlılıq, bədii irsə ehtiram kimi dəyərləri əks etdirdiyi qeyd edilib. 

 

Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Vətən qəlbimizdədir” sərgisinin təqdimatı olub. 

 

Mədəniyyət Mərkəzinin direktor müavini İsa Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin doğma Vətəninə və xalqına bəslədiyi dərin sevgi, eləcə də milli mədəniyyətin və incəsənətin inkişafına göstərdiyi xüsusi diqqət barədə danışıb. Sərginin xaricdə yaşayan azərbaycanlı rəssamların Ulu Öndərin ideyalarından ilhamlanaraq Vətənə bağlılığını və milli irsə sədaqətini nümayiş etdirmək məqsədi daşıdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu əsərlərdəki hər bir rəng və fırça izi, hər bir forma və element tükənməz Vətən sevgisinin təzahürüdür. 

 

Xalq rəssamı Əşrəf Heybətov, rəssam Marqarita-Kərimova Sokolova  çıxışlarında uzun illər Almaniyada yaşayan azərbaycanlı rəssam və heykəltəraşların ölkəmizdən uzaqda olsalar da, daim qəlblərində daşıdıqları Vətən sevgisini öz əsərlərində ifadə etməyə çalışdıqlarını bildiriblər. Rəssamlar Azərbaycanın zəngin mədəni irsinin özünəməxsus elementlərini nümayiş etdirən sərginin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmasını dahi şəxsiyyətin milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və təbliği sahəsindəki misilsiz xidmətlərinə ehtiramının ifadəsi kimi dəyərləndiriblər.

 

Çıxışlardan sonra anım mərasiminin iştirakçıları sərgi ilə tanış olublar. 

 

Sərgidə uzun illər Almaniyada yaşayan azərbaycanlı rəssam və heykəltəraşlar – Əşrəf Heybətov, Marqarita Kərimova-Sokolova, Arif Əmirov, Fərid İsmayılov, Aleksandr Quliyev, Günay Şəmsi, İlqar Şeydayev, Cəmalə Rəhmanlı və Taleh Mirkazımın Vətən sevgisi və milli köklərə bağlılığını əks etdirən 35-dən çox əsəri nümayiş etdirilib.

 

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

 

Sonda Ulu Öndərin ruhuna ehsan süfrəsi açılıb.

 

Tədbirdə iştirakçılara Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən nəşrlər təqdim olunub.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti