UNEC-in nümayəndə heyəti Almaniya universitetində beynəlxalq təcrübə keçəcək
UNEC-in struktur bölmə rəhbərləri, əməkdaşları və magistrləri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) layihəsi çərçivəsində Almaniyanın Siegen universitetində təcrübə mübadiləsi keçəcəklər. Sözügedən təcrübə mübadiləsi Alman Akademik mübadilə Xidmətinin (DAAD) maliyyələşdirdiyi “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində həyata keçirilir.