Ermənistan tərəfindən Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində həlak olan insanların xarirəsinin yad edilməsi ilə bağlı Azərbaycanın Berlindəki səfirliyinin binası önündə stend quraşdırılıb
Ermənistan silahlı qüvvələri tərəfindən 27-28 oktyabr 2020-ci il tarixində Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində dinc sakinlər arasında azyaşlılar və qadınlar daxil olmaqla çoxlu sayda həlak olan insanların xarirəsinin yad edilməsi üçün Səfirliyin əsas giriş qapısı önündə stend quraşdırılıb. Stenddə erməni vəhşiliyinin qurbanı olmuş şəxslərin, həlak olmuş uşaqların, habelə raket zərbəsi nəticəsində dağıdılmış yaşayış binaları və mülki obyektlərin fotoları öz əksini tapıb.