“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 dekabr 2023

Azərbaycanın Milli Məclisinin sədri Dr. Sahibə Qafarova Almaniyaya səfər edib

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Dr. Sahibə Qafarova 29-30 noyabr 2023-cü il tarixlərində Almaniya Federativ Respublikasına səfər edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədri ilə yanaşı, Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, millət vəkilləri Elnur Allahverdiyev, Soltan Məmmədov və Elşən Musayev, parlament aparatının rəhbəri cənab Fərid Hacıyev, eləcə də parlament aparatının digər yüksək vəzifəli nümayəndələri daxil olub.

Səfər zamanı Dr. Sahibə Qafarova Almaniya Bundestaqının sədri Berbel Bas ilə görüşüb. Görüşdə Azərbaycan və Almaniyanın dost və tərəfdaş ölkələr olduğu vurğulanıb. Tərəflər iki ölkə və onların parlamentləri arasında əlaqələrə dair fikir mübadiləsi aparıblar. İkitərəfli münasibətlərin bir çox sahələrdə uğurla inkişaf etdiyi və əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Milli Məclisi sədrinin Almaniyaya səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərəcəkdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ziyafət təşkil olunub. Qəbulda Bundestaqın deputatları, xarici ölkələrin səfirləri, AFR xarici işlər nazirliyinin və digər dövlət orqanlarının yüksək vəzifəli nümayəndələri, o cümlədən elm və mədəniyyət işçiləri, müxtəlif şirkətlərin nümayəndələri, iş adamları, Almaniyadakı Azərbaycan diasporunun təmsilçilər iştirak ediblər.

Səfər zamanı həmçinin Azərbaycan - Almaniya Forumunun nümayəndələri, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvləri və onların sədri Yohan David Vadeful ilə görüşlər keçirilib, Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən QGallery  qaleriyasında təşkil olunmuş “Heydər Əliyev və Azərbaycanın mədəni irsi” sərgisi ziyarət olunub. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev də parlament nümayəndə heyətinin keçirdiyi görüşlərində iştirak edib.

Səfərlə bağlı ətraflı məlumat aşağıdakı linklər vasitəsilə əldə oluna bilər:

https://www.meclis.gov.az/news.php?id=5196&lang=az

https://www.meclis.gov.az/news.php?id=5197&lang=az

https://www.meclis.gov.az/news.php?id=5198&lang=az

https://www.meclis.gov.az/news.php?id=5199&lang=az

https://www.meclis.gov.az/news.php?id=5201&lang=az

https://www.meclis.gov.az/news.php?id=5202&lang=az

 

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti