“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 yanvar 2026

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub

Azərbaycanın Almaniyadakı səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində anım tədbiri təşkil edib.

 

Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra 20 Yanvar faciəsi ilə bağlı Səfirliyin alman dilində hazırladığı film nümayiş etdirilib.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, SSRİ rəhbərliyinin Azərbaycan xalqının azadlıq istəyini boğmaq məqsədilə Bakıya yeritdiyi sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törətdiyi qanlı qırğın nəticəsində dinc əhalinin amansızcasına qətlə yetirildiyini, yüzlərlə insanın ağır yaralandığını bildirib. Vurğulanıb ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq mübarizəsinin şərəf və qürur salnaməsidir. Həmin gecə şəhid olan oğul və qızlarımız Vətənin azadlığı, xalqın ləyaqəti və gələcək nəsillərin müstəqil yaşamaq hüququ uğrunda canlarını fəda ediblər.

 

Səfir Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı hadisəyə sərt etirazını bildirdiyini, cinayətə siyasi və hüquqi qiymət verilməsini tələb etdiyini xatırladıb. Bildirib ki, Ulu Öndərin bu cəsarətli mövqeyi Azərbaycan xalqının mübarizə əzmini daha da gücləndirdi və sonrakı illərdə müstəqil dövlətçiliyimizin ideoloji əsaslarından birinə çevrildi.

 

Alman-Azərbaycan Forumunun İdarə Heyətinin üzvü Fidan Damer bildirib ki, 1990-cı il Qara Yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındırmaq cəhdi olsa da, əksinə, milli azadlıq mübarizəsini daha da gücləndirdi, xalqımızın həmrəyliyini, qorxmazlığını və müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq, adları tariximizdə silinməz iz kimi qalacaq. 20 Yanvar yalnız keçmiş deyil. O, susmayan yaddaşdır. O, azadlığın hansı qiymətə başa gəldiyini unutdurmayan dərsdir.

 

Sonra Azərbaycan dənizçilərinin həmin məşəqqətli günlərdə sovet ordusuna  fədakarlıqla sinə gərməsindən bəhs edən “20 Yanvarda doğulanlar” adlı sənədli film nümayiş olunub.

 

Anım tədbiri çərçivəsində, həmçinin faciə ilə bağlı fotosərgi təşkil olunub.

 

Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti