“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 iyul 2019

Berlin Humboldt Universitetində Azərbaycan diplomatiyasının yüzilliyinə dair tədbir keçirilib

5 iyul 2019-cu il tarixində Səfirliyin və Berlin Humboldt Universitetinin „Azərbaycan tarixi“ kafedrasının birgə təşkilatçılığı ilə adıçəkilən təhsil ocağında „Azərbaycan diplomatiyasının 100 illiyi“ mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Azərbaycan diplomatiyasının yüzilliyinə dair məruzə ilə çıxış edib.

O, diplomatiyanın mahiyyətinə toxunub, diplomatiyanı şərtləndirən obyektiv və subyektiv faktorlardan bəhs edib. Azərbaycanın diplomatiya tarixinə nəzər salaraq, bu tarixin orta əsrlərin erkən dövrlərinə təsadüf etdiyini bildirib və Azərbaycanın diplomatiya tarixində Sara Xatun, Uzun Həsən və Şah İsmayıl Xətai kimi görkəmli tarixi şəxsiyyətlərin olduğunu tədbir iştirakçlarının diqqətinə çatdırıb.

Səfir Həsənov Çar Rusiyasının süqutundan sonra 28 may 1918-ci ildə müsəlman şərqində ilk Respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığını və bu Respublikanın hələ yarandığı gündən etibarən mürəkkəb siyasi vəziyyətlə üzləşdiyini, bütün çətinliklərə rəğmən Əlimərdən bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilmiş nümayəndə heyətinin gərgin əməyi sayəsində de fakto dövlət olaraq tanındığını bildirib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin vacib qərarlarından birinin də Xarici İşlər Nazirliyinin Katibliyinin təsis edilməsinə dair 9 iyul 1919-cu il qərarının olduğunu vurğulayıb, bu günün hazırda Azərbaycanda Diplomatiya günü olaraq qeyd edildiyini diqqətə çatdırıb. AXC ətrafında mövcud olmuş beynəlxalq vəziyyətin durmadan kəskinləşməsi nəticəsində respublikanın müstəqilliyinə son qoyulduğunu və Azərbaycanın Sovet Rusiyasına ilhaq edildiyini nəzərə çatdırıb.

O, Sovet İttifaqının süqutu ilə Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu, müasir Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu, buna görə də AXC-ə məxsus dövlət atributlarını qəbul etdiyini bildirib. Hazırda ölkəmizin həyata keçirdiyi xarici siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Səfir Azərbaycan Respublikası xarici siyasətinin təməl prinsipləri və mühüm istiqamətlərinə, həmçinin Ermənistan tərəfindən torpaqlarımızın işğalına və işğalın nəticələrinə dair məlumat verib.

O, məruzəsinin sonunda Almaniya-Azərbaycan münasibətlərinin tarixinə və bü gününə qısa ekskuriya edib və Avropada Azərbaycanın mühüm tərəfdaşlarından birinin Almaniya olduğunu bildirib.

AFR Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin müdir müavini  Monika Leonhard çıxış edərək, Almaniya-Azərbaycan münasibətlərinin tarixinə və aktual durumuna nəzər salıb. O, Azərbaycanda alman irsinin böyük qayğı ilə qorunulub-saxlanılmasının Almanyada məmnunluq hissi ilə qarşılandığını bildirib, ölkələrimiz arasındakı münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyini, həmçinin Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşının Azərbaycan olduğunu  qeyd edib.

Berlin Humboldt Universitetinin „Azərbaycan tarixi“ kafedrasının müdiri, professor Eva-Maria Aux geniş məruzə ilə çıxış edib. O, iştirakçılara Azərbaycanın diplomatiya tarixinə dair ətraflı məlumatlar verib və AXC dövründə diplomatik fəaliyyət və Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətini təsvir edib. AXC-nin üzləşdiyi çətinliklər və çağırışlardan bəhs edib, müasir Azərbaycan Respublikasının da yarandığı dövrdə də eyni çətinliklər və çağırışlarla qarşılaşdığını vurğulayıb. Bu çağırışların əsas etibarı ilə qonşu dövlətlərin ərazi iddiaları ilə bağlı olduğunu, hər iki dövrdə Azərbaycanın məsələyə diplomatik vasitələrlə yanaşdığını xüsusi ilə diqqətə çatdırıb.   

Tədbir jurnalist Birqit Vetselin moderatorluğu və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin əməkdaşı Vüqar Qafarovun, professor Udo Ştaynbaxın, professor Eva-Maria Auxun və Alman Akademik Mübadilə Xidmətinin Berlin Bürosunun rəhbəri Kay Frankenin iştirakı ilə panel diskussiyası formasında davam edib. Diskussiya çərçivəsində Azərbaycan Respublikasının xarici siyasətinə və Azərbaycan-Almaniya münasibətlərinə dair fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

 

 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti