“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 noyabr 2022

Berlində Azərbaycan əsilli yəhudi rəssam Rami Meirin sərgisi keçirilib

24 noyabr 2022-ci il tarixində Berlin şəhərində yerləşən “QGallery Berlin” qalereyasında Azərbaycan əsilli yəhudi rəssam Rami Meirin sərgisi keçirilib. Sərgidə Almaniyanın yəhudi icmasının aparıcı təşkilatlarının rəhbərləri, dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, incəsənət xadimləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfirliyi, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə keçirilən sərgini giriş sözü ilə Azərbaycan-Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdani açıb. O, Rami Meir və onun sənəti barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, dağ yəhudilərindən olan Rami Meir Azərbaycanda doğulub, Sovet İttifaqının dağılmasından sonra İsrailə köçüb və rəssam kimi fəaliyyətini orada davam etdirib. Bildirilib ki, Rami Meirin sənət fəaliyyətində Azərbaycandakı dağ yəhudilərinin yaşamı həmişə özünəməxsus yer tutub. Müxtəlif xarici ölkələrdə sərgiləri keçirilən rəssam Azərbaycan və azərbaycanlılarla əlaqələrini həmişə qoruyub saxlayıb.

Sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan əsilli yəhudi rəssamın sərgisinin Berlində keçirilməsini əlamətdar hadisə hesab etdiyini bildirib. Sərginin keçirilməsinə verdiyi dəstəyə görə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Emin Məmmədova təşəkkür edən səfir sözügedən tədbirin Azərbaycandakı dinlərarası harmoniya və multikulturalizm ənənələrinin Almaniyada təqdim və təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıdığını dilə gətirib. N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında, o cümlədən yəhudi icması ilə mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Səfir əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Diplomat, bu ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin qurulmasında və inkişafında vacib rol oynadığını bildirib. N.Ağayev ötən həftə Azərbaycan Milli Məclisinin Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar qəbul etdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu vacib addım ikitərəfli münasibətlərin daha yüksək mərhələyə keçməsinə öz mühüm töhfəsini verəcəkdir.

Sərginin açılışında həmçinin Almaniyanın ən aparıcı yəhudi təşkilatı - Almaniya Yəhudilərinin Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman çıxış edib. O, çıxışında Azərbycanda yüksək tolerantlıq mühitinin olduğunu, müxtəlif dinlərə mənsub şəxslərin, o cümlədən yəhudilərin  ölkəmizdə dinc və digər din mənsubları ilə yanaşı yaşadığını qeyd edib. Alman tarixçisi Eva-Maria Aux öz çıxışında Azərbaycandakı dağ yəhudilərinin tarixi haqda məlumat verib.

Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar.

 

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/x8srQRGn7N0

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti