“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 oktyabr 2025

Berlində nüfuzlu beynəlxalq konqresdə Orta Dəhlizin imkanları və Azərbaycanın strateji rolu müzakirə olunub

Berlindəki Estrel Konqres Mərkəzində keçirilən Almaniya Logistika Assosiasiyasının Təchizat Zənciri və Müştəri Təcrübəsi Konqresində (BVL Supply Chain CX 2025) Orta Dəhliz və Azərbaycanın bu layihədəki strateji roluna dair geniş müzakirələr aparılıb.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Konqres çərçivəsində keçirilən “Yeni marşrutlar - yeni bazarlar: Orta Dəhliz Cənubi Qafqazda və Mərkəzi Asiyada iqtisadi inkişafın sürətləndiricisi kimi” adlı panel sessiyasında çıxış edib.

 

Sessiyaya moderatorluq edən “LUNO-Group” şirkətinin baş icraçı direktoru Mirko Novak mühüm alternativ logistika imkanı təqdim edən Orta Dəhlizin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafına töhfə verməklə yanaşı, Avropa ilə Asiya arasında mühüm iqtisadi-ticari körpü rolunu oynadığını vurğulayıb.

 

Səfir çıxışında Azərbaycanın hələ otuz il əvvəl bugünkü Şərq-Qərb əlaqələrinin əsasını qoyan TRACECA təşəbbüsünün həmtəsisçilərindən olduğunu xatırladaraq, mühüm tranzit imkanları təqdim edən Orta Dəhlizin sabitliyin, enerji və nəqliyyat təhlükəsizliyinin rəmzinə, daha çox regional dəyər zəncirinin və sənaye inkişafının dayağına çevrildiyini vurğulayıb. Hazırkı qlobal qeyri-müəyyənliklər dövründə Orta Dəhlizin daha riskli marşrutlara alternativ kimi Avropa ilə Asiyanı birləşdirən etibarlı və təhlükəsiz yol təqdim etdiyi bildirilib.

 

Azərbaycanın liman, dəmir yolu və avtomobil yolu infrastrukturunun genişləndirilməsinə illərdir böyük sərmayələr qoyduğunu vurğulayan səfir illik 5 milyon ton yükdaşıma qabiliyyətinə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Cənubi Qafqazı birbaşa Türkiyə və Avropa ilə birləşdirdiyini, yük dövriyyəsi 15 milyon ton və 100 min TEU olan Bakı dəniz limanının dəniz, dəmir yolu və avtomobil daşımalarını birləşdirən multimodal qovşaq rolunu oynadığını qeyd edib. Həmçinin, Xəzərdə ən böyük donanmaya malik Azərbaycanda 9 beynəlxalq hava limanının fəaliyyət göstərdiyi vurğulanaraq, ötən il ölkəmiz vasitəsilə 14,5 milyon ton tranzit yük daşındığı, bunun 4 milyon tondan çoxunun Orta Dəhliz vasitəsilə həyata keçirildiyi bildirilib.

 

Orta Dəhlizin getdikcə sənaye istehsalı və davamlı dəyər zəncirinin formalaşdığı marşrut kimi inkişaf etdiyini deyən səfir bu baxımdan Avropanın aparıcı kommersiya nəqliyyatı istehsalçılarından “MAN Truck & Bus” şirkətinin Azərbaycan tərəfi ilə Anlaşma Memorandumu imzaladığını, layihə çərçivəsində ölkəmizdə elektrikli şəhər avtobuslarının yığımının və istehsalının nəzərdə tutulduğunu bildirib.

 

Həmçinin, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması ilə regionda yeni əməkdaşlıq mərhələsinin başlandığı qeyd edilib, TRİPP marşrutunun önəmi vurğulanıb və Azərbaycanın Ermənistana yüklərin tranzit daşınmaları üzərindən bütün məhdudiyyətləri qaldırdığı bildirilib. Qeyd olunub ki, nəticədə ilk dəfə olaraq Qazaxıstandan Ermənistana ölkəmiz üzərindən buğda tranziti uğurla həyata keçirilib, bu da sülhün reallığa çevrilməsinin göstəricisidir. 

 

Çıxışda Ələt qəsəbəsində yaradılan və hava limanına malik müasir yük-logistika mərkəzinin Avrasiyanın ən böyük multimodal logistik qovşaqlarından birinə çevriləcəyi qeyd edilib. Limanın illik yük dövriyyəsinin 25 milyon ton və 500 min TEU-dək artırılması planının Azərbaycanın Orta Dəhlizi müasir, səmərəli və inteqrasiya olunmuş iqtisadi sistemə çevirmək əzminin daha bir sübutu olduğu bildirilib.

 

Özbəkistan və Tacikistanın Almaniyadakı səfirləri, Qazaxstanın səfir müavini, eləcə də Almaniyanın “Gebrüder Weiss” şirkətinin baş icraçı direktoru Orta Dəhlizin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişafında, geosiyasi mövqeyinin güclənməsində rolundan danışıb, layihənin nəqliyyat, logistika, enerji və xidmət sektorlarında investisiya cəlbediciliyini də artırdığını vurğulayıblar.

 

Qeyd edək ki, “BVL Supply Chain CX 2025” logistika, nəqliyyat, təchizat zənciri idarəçiliyi və texnoloji yeniliklər sahəsində Avropanın ən nüfuzlu illik tədbirlərindən biridir. Tədbirin məqsədi iqtisadi, texnoloji və geosiyasi dəyişikliklər fonunda logistika sektorunda yenilik, bilik mübadiləsi və əməkdaşlığı təşviq etməkdir. Konqres çərçivəsində texnologiya və avtomatlaşdırma, süni intellekt, geosiyasət və təchizat zəncirləri daxil olmaqla 7 əsas istiqamət üzrə 100-dən çox sessiya keçirilib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti