“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Azərbaycanda tanınması ilə bağlı yeni qaydalar Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Yüksəkixtisaslı Miqrant Proqramı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 mart 2026

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz tədbiri təşkil edilib

Azərbaycanın Almaniyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Berlində Novruz şənliyi keçirilib.

 

Tədbir “Xarı Bülbül” Mədəniyyət Evinin nəzdindəki ana dili kurslarında iştirak edən azərbaycanlı uşaqların ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri rəhbərlik etdiyi təşkilatın Berlində Azərbaycan dilini, mədəniyyətini, musiqisini və zəngin irsimizi yaşatmaq, gənclərimizə ötürmək üçün məsuliyyətlə çalışdığını bildirib. O, Berlində yaşayan azərbaycanlı ailələrin övladlarının doğma dilimizə və milli dəyərlərimizə böyük sevgi ilə yanaşmalarının qürurverici olduğunu vurğulayıb.

 

S.Badaliouri “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin fəaliyyətinə göstərilən davamlı dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Almaniyadakı Səfirliyinə, Mədəniyyət Nazirliyinə və Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək xalqımızın qədim və zəngin mədəni irsində xüsusi yeri olan Bahar bayramının cəmiyyətə sülh, dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri aşıladığını vurğulayıb. Diplomat Novruz bayramının Azərbaycanda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də böyük coşğu ilə qeyd olunduğunu, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadıldığını və uğurla təbliğ edildiyini diqqətə çatdırıb. Səfir tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, ölkəmizə, xalqımıza və soydaşlarımıza birlik, bərabərlik və cansağlığı arzulayıb.

 

Sonra “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin şagirdləri Bahar bayramını tərənnüm edən şeir və mahnılar oxuyub, milli rəqslərimizi ifa ediblər. Festivalın ən yaddaqalan məqamlarından biri də Azərbaycanın məşhur kinofilmlərindən maraqlı epizodların balacalar tərəfindən səhnləşdirilməsi olub.

 

Norveç Musiqiçilər Birliyinin üzvü, Drezden simfonik orkestrinin solisti Şəbnəm Hüseyn çıxışı ilə bayram şənliyinə xüsusi rəng qatıb.

 

Sonda “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri, eləcə də tədbirin təşkilində əməyi olan digər şəxslərə - Xəyalə Çiftçi, Pərvanə Aslanova, Səid və Əzizə İbrahimli, fortepiano müəllimi Nigar Sadıxova və tar ifaçısı Fərhad Məmizadə, həmçinin Lalə Məmmədova, Səma Kərimli və Rövşən Həsənova minnətdarlıq ifadə olunub.

 

Tədbirdə Novruz şirniyyatlarının və baharın gəlişinin rəmzi olan səməninin bəzədiyi süfrələr açılıb, iştirakçılar üçün əsl bayram ab-havası yaradılıb.

Paylaş

Konsulluq xidməti və Viza
Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Azərbaycanda tanınması ilə bağlı yeni qaydalar Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Yüksəkixtisaslı Miqrant Proqramı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti