Köln şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq
Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə!
Səyyar Konsulluq Xidməti
Köln şəhəri, 21-22 fevral 2026-cı il
21-22 fevral 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.
Müraciət etmək istəyən vətəndaşlardan 15.02.2026-cı il tarixinədək ad, soyad, ata adı, pasportun surəti və telefon nömrəsini consul_berlin@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.