“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 yanvar 2025

Qara Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində anım tədbiri təşkil olunub.

 

Anım tədbiri faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra faciə ilə bağlı Səfirliyin alman dilində hazırladığı film nümayiş etdirilib.

 

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Cavid Nəsirli tədbirdə çıxış edərək, 20 Yanvarın Azərbaycanın müstəqillik mübarizəsində dönüş nöqtəsi olduğunu qeyd edib.

 

1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı qırğınların törədildiyini bildirən diplomat, 300 mindən çox azərbaycanlının öz tarixi torpaqlarından didərgin salındığını vurğulayıb. Bildirib ki, bu qırğınlar və Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları haqlı olaraq xalqımızın hiddətinə və Azərbaycanda milli azadlıq hərəkatının daha da vüsət almasına səbəb olmuşdu. Nəticədə, milli azadlıq hərəkatının yatırılması məqsədilə Mixail Qorbaçovun əmrilə Sovet qoşunları tərəfindən Bakıda Qara Yanvar faciəsi törədilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Moskvada bu faciənin tördilməsini sərt şəkildə pislədiyi qeyd edilib. Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının əzmini qıra bilmədiyi, əksinə onun azadlıq uğrunda mübarizəsini daha da alovlandırdırdığı və 1991-ci ilin oktyabr ayında Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyi qeyd edilib.

 

Tədbir Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəflinin ifası ilə davam edib.

 

Anım tədbiri çərçivəsində faciə ilə bağlı fotosərgi təşkil olunub.

 

Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti