“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2024

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib

Azərbaycanın Almaniyadakı səfirliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Müasir Azərbaycan Respublikasının banisi və Azərbaycan xalqının Ümummilli Lideri" başlığı altında tədbir təşkil edib.

 

Anım tədbirində Almaniyanın dövlət qurumlarının təmsilçiləri, bir sıra ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev anım tədbirində çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında milsilsiz xidmətlərindən söz açıb. Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərində ərazisinin 20 faizi işğal edilən Azərbaycan müstəqilliyin itirilməsi, parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən məhz öz həyatını doğma xalqına və Vətəninə həsr edən Ulu Öndər Heydər Əliyevin sarsılmaz qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində xilas olaraq, dinamik inkişaf yoluna qədəm qoydu.

 

Diplomat müstəqil Azərbaycanın gələcək inkişafının təməllərinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, neft strategiyasının müəyyənləşdirildiyini, bütün sahələrdə tərəqqiyə nail olunduğunu, ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinin bir ailə kimi yaşayışının təmin olunduğu miltikulturalizm və tolerantlıq modelinin inkişaf etdirildiyini vurğulayıb.

 

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasının Heydər Əliyevin ən böyük arzusu olduğunu bildirən səfir bu arzunun artıq reallığa çevrildiyini və Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.

 

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

 

Bədii hissədə tanınmış opera müğənnisi Çinarə Şirinin fortepianoda Səbinə Məmmədovanın müşayiəti ilə rəngarəng ifası və skripkaçı Elvin Hoca Qəniyevin çıxışı böyük maraqla qarşılanıb.

 

Sonda Ulu Öndərin ruhuna ehsan süfrəsi açılıb.

 

Tədbirin iştirakçılarına Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən nəşrlər təqdim olunub.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti