“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Yüksəkixtisaslı Miqrant Proqramı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2026

Xocalı faciəsi qurbanlarının xatirəsi Berlində anılıb

Azərbaycanın Almaniyadakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin və “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı Berlində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra sonra Xocalı faciəsinə həsr edilmiş, Səfirlik tərəfindən alman dilində hazırlanmış qısa film nümayiş olunub.

 

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri çıxış edərək Xocalı faciəsinin xalqımızın tarixinə qanla yazılmış ən ağır səhifələrdən biri olduğunu vurğulayıb.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Xocalı faciəsinin Soyuq Müharibənin başa çatmasından sonra Avropada törədilmiş ilk soyqırımı olduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, cəmi bir gecə ərzindəa 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır.

 

Vurğulanıb ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası mühüm rol oynayır.

 

Səfir N.Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edildiyini, bununla da tarixi ədalətin təmin olunduğunu bildirib. Qeyd edib ki, bu gün Xocalı yenidən qurulur, şəhər sürətlə dirçəlir və sakinlərin doğma yurdlarına qayıdışı artıq başlanıb.

 

Sonra “Xarı Bülbül” Mədəniyyət Evinin müəllimi, fəlsəfə elmləri doktoru Afət Nəbili “Xocalı: yaddaş, hüquq və zamanın ədaləti” mövzusunda məruzə ilə çıxış edərək faciənin ağır nəticələrindən bəhs edib. O vurğulayıb ki, Xocalıda törədilən qətliam təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

 

Türkoloq-alim, tərcüməçi Mixael Raynhard Hess və Almaniyada fəaliyyət göstərən “Alaturka” cəmiyyətinin sədri Erkan Gülen çıxış edərək faciəyə beynəlxalq hüquq müstəvisində obyektiv qiymət verilməsinin vacibliyini qeyd edib, Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının tarixi və mənəvi məsuliyyət olduğunu bildiriblər.

 

Daha sonra Xocalı şəhidlərinin xatirəsinə həsr edilən musiqili kompozisiya təqdim olunub. Almaniyanın Barenboim-Said Akademiyasının fortepiano üzrə professoru, “Xarı Bülbül” Mədəniyyət Evinin müəllimi Nigar Sadıqova görkəmli bəstəkarların əsərlərini ifa edib.

 

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Yüksəkixtisaslı Miqrant Proqramı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti