Səfirin müraciəti

Hörmətli istifadəçilər,

 

Sizi Azərbaycanın Almaniyadakı səfirliyinin rəsmi internet səhifəsində salamlamaqdan çox məmnunam.

İnternet səhifəmiz vasitəsilə sizə Azərbaycan, ölkəmizin mədəniyyəti, iqtisadiyyatı, xarici siyasəti, habelə səfirliyimizin fəaliyyəti barədə ən son məlumatları təqdim etmək istəyirik. Məqsədimiz Azərbaycan ilə Almaniya arasında açıq ünsiyyət, fikir mübadiləsi və qarşılıqlı anlaşma üçün platforma yaratmaqdır.

Azərbaycan və Almaniya bir çox sahələrdə uzunmüddətli və uğurlu tərəfdaşlıq əlaqələrinə malikdir. Almaniya Azərbaycanın Avropadakı ən mühüm ticarət tərəfdaşlarından biridir. Azərbaycan isə Almaniyanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır. Alman şirkətləri Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayır. İki ölkə arasında həmçinin mədəniyyət və təhsil sahələrində çoxsaylı layihələr və mübadilə proqramları mövcuddur.

Almaniyada yaşayan çoxsaylı azərbaycanlılarla güclü münasibətlərin qurulması və inkişafı bizim əsas prioritetlərimizdəndir. Bilməyinizi istərdim ki, sizin rifahınız və məmnunluğunuz bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Səfirlik heyətimizlə birlikdə problemlərinizi həll etmək üçün sizin ixtiyarınızdayıq və onların həllinə dəstək göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Sizi Azərbaycanla və Almaniyadakı fəaliyyətimizlə bağlı yenilikləri paylaşdığımız sosial media kanallarımıza abunə olmağa dəvət edirəm.

İnternet səhifəmizi ziyarət etdiyiniz üçün təşəkkür edirik.

 

Hörmətlə,

 

Nəsimi Ağayev
Azərbaycanın Almaniyadakı səfiri

 

 

 

Arxiv üzrə axtarış