Əsas yüksək səviyyəli səfərlər və görüşlər

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı yüksək səviyyəli səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapmışdır. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, 2004, 2006, 2007, 2009, 2010, 2012, 2015, 2016 və 2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya rəsmi və işgüzar səfərlər etmişdirlər. 2018-ci ilin avqust ayının 25-də AFR Federal Kansleri Angela Merkel Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

AFR xarici işlər nazirlərindən 1995-ci ildə Klaus Kinkel, 2001 və 2004-cü illərdə Yoşka Fişer, 2007, 2012-ci ildə Quido Vestervelle və 2014 və 2016-cı illərdə Frank-Valter Staynmayer Azərbaycan Respublikasına, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2006, 2008, 2010, 2011, 2012, 2013, 2014, 2016, 2017, 2018 və 2019-cu illərdə AFR-ə rəsmi və işgüzar səfərlər etmişdirlər.

AFR xarici işlər naziri Frank-Valter Ştaynmayer 2016-cı il 30 iyun tarixində Azərbaycan Respublikasına səfər etmişdir. Prezident İlham Əliyev AFR Kansleri Anqela Merkelin dəvəti ilə 2016-cı ilin 6-7 iyun tarixlərində Berlində, 2016-cı ilin 12-14 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhen şəhərində işgüzar səfərdə olmuşdur.  

2006-cı ildən başlayaraq, iki ölkə arasında xarici işlər nazirinin müavini səviyyəsində siyasi məsləhətləşmələr həyata keçirilir. 2018-ci ilin 6 fevral tarixində Berlində keçirilmiş siyasi məsləhətləşmələrdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov AFR XİN, Kansler Administrasiyası və Bundestaqda görüşlər keçirmişdir.

İki dövlət arasında parlamentlərarası əməkdaşlığı Azərbaycan tərəfindən Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri millət vəkili Xanlar Fətiyevdir), Almaniya tərəfindən isə Almaniya-Cənubi Qafqaz parlament qrupu (rəhbəri Sosial Demokratlar Partiyasının deputatı Yohannes Karsdır) həyata keçirir. Hər iki tərəfdən deputatların qarşılıqlı olaraq çoxlu sayda səfərləri bu münasibətlərin təşviq olunmasına mühüm töhvə verir. Sonuncu səfər Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrentsin rəhbərlik etdiyi nümayəndə heyətinin 2015-ci ilin 10-18 may tarixlərində Azərbaycana səfəri olmuşdur.

 

Yüksək səviyyəli səfərlərin xronologiyası

22 dekabr 1995-ci il – AFR Xarici İşlər naziri Klaus Kinkelin AR-a səfəri

1-4 iyul 1996-cı il – AR Prezidenti Heydər Əliyevin AFR-ə rəsmi səfəri

21-23 oktyabr 2000-ci il – AR Baş Naziri Artur Rəsizadənin AFR-ə işgüzar səfəri (Hannoverdə  keçirilmiş "Expo-2000" ümumdünya sərgisində iştirak)

20-21 may 2001-ci il  – AFR Xarici İşlər naziri Yozef Martin Fişerin AR-a rəsmi səfəri

21-22 aprel 2004-cü il  – AFR Xarici İşlər naziri Yozef Martin Fişerin AR-a rəsmi səfəri

24-26 avqust 2004-cü il – AR Prezidenti İlham Əliyevin AFR-ə rəsmi səfəri

5-7 iyul 2006-cı il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə rəsmi səfəri

22-23 sentyabr 2006-cı il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri

14-16 fevral 2007-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə rəsmi səfəri

19 fevral 2007-ci il – AFR Xarici İşlər naziri Frank-Valter Ştaynmayerin AR-a rəsmi səfəri

4-6 fevral 2008-ci il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

21-22 noyabr 2009-cu il – AR Prezidenti İlham Əliyevın AFR-ə işgüzar səfəri (Münhen)

4-6 fevral 2010-cu il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Berlin, Münhen)

28-30 iyun 2010 – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə rəsmi səfəri

4-6 fevral 2011-ci il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

3-5 fevral 2012-ci il – AR Prezidenti İlham Əliyevin AFR-a işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

14-15 mart 2012-ci il – AFR Xarici İşlər naziri Quido Vestervellenın AR-a rəsmi səfəri

18-19 oktyabr 2012-ci il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə rəsmi səfəri

1-3 fevral 2013-cü il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

31 yanvar-2 fevral 2014-cü il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

22-23 oktyabr 2014-cü il –AFR Xarici İşlər naziri Frank-Valter Ştaynmayerın AR-a rəsmi səfəri

20-21 yanvar 2015-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Berlin)

6-8 fevral 2015-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

12-14 fevral 2016-cı il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

11 may 2016-cı il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Berlin)

6-7 iyun 2016-cı il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Berlin)

30 iyun 2016-cı il – AFR Xarici İşlər naziri Frank-Valter Ştaynmayerın AR-a səfəri

8-9 dekabr 2016-cı il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Hamburq) 

17-19 fevral 2017-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

16-17 fevral 2018-ci il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

25 avqust 2018-ci il – AFR Federal Kansleri Angela Merkelin Azərbaycan Respublikasına rəsmi səfəri

15-17 fevral 2019-cu il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

8-10 sentyabr 2019-cu il - AR Milli Məclisinin sədri Oqtay Əsədovun AFR-ə səfəri (Berlin)

14-16 fevral 2020-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

(son yenilənmə 17.06.2020)

Arxiv üzrə axtarış