Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
Azərbaycan Respublikasının konsulluğu aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir: |
Nikahın qeydə alınması üçün tələb olunan sənədlər |
Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:
Müraciət edilməsi qaydası. Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Müraciətə baxılma müddəti. Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır. İştirak etməli olan şəxslərin siyahısı:
Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər |
Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:
1. Nikahın pozulması haqqında ərizə;
2. nikahın pozulması üçün müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və ya şəxsiyyət vəsiqələri);
3. Yaşayış yerindən son üç ay ərzində alınmış arayış (Erweiterte Meldebescheinigung);
4. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında Səfirliyin Konsulluq bölməsində şəxsən birgə verdikləri ərizə;
5. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
6. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.
Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.
Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:
1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;
3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)
Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər.
Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:
1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.
Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.
Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydaları
Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir:
1. bunlardan birini
- arvadın (ərin) xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəmə qətnaməsini;
- ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini;
- arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı.
2. 44 Avro məbləğində dövlət rüsumunun (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) ödənilməsi barədə qəbz
3. azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını.
Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər:
1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3) ər (arvad) törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.
Yuxarıda qeyd olunan hallarda nikahı pozmaq üçün ərizə ilə konsulluğa müraciət edən ər (arvad), nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir. ƏRİZƏ
Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
Barəsində cinayət işi açılmış və ya hazırda cinayət məsuliyətinə cəlb olunmuş şəxslərin adın, ata adının , soyad dəyişdirilməsinə yol verilmir.
Adın, ata adının və soyadın dəyişdirmək istəyən şəxs Səfirliyə aşağıdakı sənədləri təqdim etməlidir:
- Ərizə ( nümunəsi əlavə olunur);
- ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
- ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
- şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
- ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
- Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda 22 Avro dövlət rüsumunun ödənilməsinə dair qəbz.
Doğumun qeydə alınması
Zəruri olan sənədlərin siyahısı:
- Doğum aktının qeydə alınması haqqında ərizə;
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Valideynlərin nikah haqqında şəhadətnaməsi;
- Valideynlərin doğum haqqında şəhadətnaməsi;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən olan sənədin əsli;
- Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
- Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun muvafiq maddəsinə əsasən cərimə edilir.
İştirak etməli olan şəxslərin siyahısı:
- Valideynlər və ya onlardan biri;
- Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.