Məhkumluq haqqında arayışın verilməsi

Məhkumluq haqqında elektron arayışı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet səhifəsi (https://mia.gov.az/az/menu/29780/) vasitəsilə müraciət edərək əldə edə bilərsiniz.

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın Səfirliyin Konsulluq bölməsi vasitəsilə alınması üçün aşağıda qeyd olunan sənədlər poçtla Səfirliyin Konsulluq bölməsinə təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
  3. Sorğu göndərilməsi üçün Səfirliyin hesabına 10 Avro (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz. (COMMERZBANK Konto Nr: 266153601, BLZ 10040000; IBAN: DE73100400000266153601);
  4. Sənədin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, üzərində ünvanınız yazılmış, sifarişli, 5 (beş) avro məbləğində poçt markası yapışdırılmış boş zərfin (Einschreiben) təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır..

Qeyd 1. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin Konsulluq bölməsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edə bilər nümunə.

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601

Son yenilənmə tarixi: 01.07.2023

Arxiv üzrə axtarış