Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası
Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələrinin təsdiqlənməsi vətəndaşın Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin konsulluq bölməsinə müraciətinə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilən müvafiq sorğu əsasında alınır.
Bununla bağlı vətəndaş tərəfindən Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin konsulluq bölməsinə aşağıdakı sənədlər təqdim edilməlidir:
- Sürücülük vəsiqəsinin doğruluğunun təsdiqlənməsinə dair ərizə (azad formada);
- Sürücülük vəsiqəsinin surəti;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin/sənədlərin surəti (ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi);
- Səfirliyin bank hesabına 9 Avro(Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz (COMMERZBANK Konto Nr: 266153601, BLZ 10040000; IBAN: DE73100400000266153601);
- Müvafiq cavabın ərizəçinin ünvanına göndərilməsi üçün üzərində ünvanınız yazılmış müvafiq zərf və 5 avro məbləğində poçt markası.
Qeyd: nəzərə alınmalıdır ki, müvafiq sorğunun əldə edilməsi 2 (iki) ayadək davam edə bilər.
Son yenilənmə tarixi: 09.06.2020