Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları

Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

  • Qüvvəyə minmiş məhkəmə qərarının əsli üst məhkəmə (Landgericht) tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində leqallaşdırılmalıdır (Leqallaşdırılma üçün tələb edilən 20 Avro məbləğində dövlət rüsumunun səfirliyin konsulluq bölməsinin bank hesabına küçürülməsini təsdiq edən qəbz əlavə edilməlidir);
  • Qeyd edilən qərar andlı tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə edilərək möhür ilə təsdiqləndikdən sonra Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində təsdiq edilməlidir (Tərcümənin təsdiqi üçün tələb edilən 10 Avro məbləğində dövlət rüsumunun səfirliyin konsulluq bölməsinin bank hesabına köçürülməsini təsdiq edən qəbz əlavə edilməlidir);
  • Vəsatət;
  • Ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsinin surəti;
  • Üzərində ünvan yazılmış zərf və müvafiq məbləğdə poçt markası. 

 

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601

Son yenilənmə tarixi: 01.07.2023

Arxiv üzrə axtarış