Təqaüd haqqında arayış

Azərbaycan Respublikasından təqaüd alıb-almamaq haqqında arayış əldə etmək üçün aşağıdakı sənədləri Səfirliyin Konsulluq bölməsinə göndərməlisiniz.

  1. Vətəndaşın ərizəsi;
  2. Etibarlıq müddəti bitməmiş ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsinin surəti;
  3. Əmək kitabçasının surəti (olduğu təqdirdə);
  4. 10 avro məbləğində dövlət rüsumunun konsulluğun bank hesabına köçürülməsini təsdiq edən qəbz;
  5. Sənədin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, üzərində ünvanınız yazılmış, sifarişli, 5 (beş) avro məbləğində poçt markası yapışdırılmış boş zərfin (Einschreiben) təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601 

Son yenilənmə tarixi: 01.07.2023

 

Arxiv üzrə axtarış