Subaylıq haqqında arayışın verilməsi

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;

  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;

  3. Səfirliyin bank hesabına 10 Avro (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz (COMMERZBANK Konto Nr: 266153601, BLZ 10040000; IBAN: DE73100400000266153601);

  4. Sənədin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, üzərində ünvanınız yazılmış, sifarişli, 5 (beş) avro məbləğində poçt markası yapışdırılmış boş zərfin (Einschreiben) təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.

Qeyd 1: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin (arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.

Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edə bilər nümunə.

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601

 Son yenilənmə tarixi: 01.07.2023

Arxiv üzrə axtarış