Ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ qaydaları

Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsasnamə" ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq bölməsinə müraciət etməli, pasport üçün şəkil çəkdirməli, əl-barmaq izlərini verməli və imza çəkməlidir. Bununla yanaşı aşağıda göstərilən sənədlər təqdim olunmalıdır. Nəzərə alınmalıdır ki, Səfirliyin konsulluq bölməsində yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi prosesi 3 (üç) ayadək davam edə bilər. 

Diqqət! Pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu yalnız əvvəlcədən görüş vaxtı (Termin) təyin olunmaqla həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 09.00-dan 12.00-dək Səfirliyin Konsulluq bölməsində aparılır. Görüş vaxtı (Termin) yalnız online şəkildə təyin olunur. Görüş vaxtı (Termin) təyin olunmadan pasport müraciətləri qəbul edilmir. Termin təyin etmək üçün bu linkə daxil olun. Qeyd: Pasportun rəsmiləşdirilməsi üçün götürülmüş görüş vaxtı yalnız bir şəxsə şamil olunur.

 

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

18 yaşı tamam olmuş şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti;
  2. Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
  3. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə anket üçün tələb olunur!); 
  4. Konsulluq qeydiyyatı haqqında anket (konsulluq qeydiyyatı aparılıbsa və bununla əlaqədar pasportun müvafiq səhifəsində təsdiq qeydi varsa anketin doldurulmasına ehtiyac yoxdur);
  5. 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən hərbi biletin əsli və surəti və ya möhlət hüququnu təsdiq edən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinin arayışı;
  6. Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur). 

          Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
          Botschaft der Republik Aserbaidschan
          COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
          IBAN: DE73100400000266153601

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Dövlət rüsumu həmçinin bank kartı ilə POS-terminal vasitəsilə Səfirliyin konsulluq bölməsində ödənilə bilər.

Diqqət!: 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi və ya dəyişdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi biletinin əsli və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Sözügedən sənədi təqdim etməyən şəxslərin pasport ilə bağlı müraciətləri qəbul edilmir və hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir. 

Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

 

18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti, 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə isə doğum haqqında şəhadətnamənin əsli (və onun Azərbaycan dilinə tərcüməsi) və surəti;
  2. 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə qan qrupu haqqında arayış;
  3. Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
  4. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə anketlər üçün tələb olunur!);
  5. Konsulluq qeydiyyatı haqqında anket (konsulluq qeydiyyatı aparılıbsa və bununla əlaqədar pasportun müvafiq səhifəsində təsdiq qeydi varsa anketin doldurulmasına ehtiyac yoxdur);
  6. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizəsi. Razılıq ərizəsi əvvəlcədən doldurulmalı və hər iki valideyin Səfirliyin konsulluq bölməsinə şəxsən gəldiyi halda, razılıq ərizəsi konsulluqda valideynlər tərəfindən şəxsən imzalanmalıdır. Valideynlərdən biri və ya hər ikisi Konsulluğa gəlmədiyi halda Konsulluğa gəlməyən valideynin və ya valideynlərin razılıq ərizəsi notarial qaydada təsdiq edilməlidir. Razılıq ərizəsi Azərbaycan dilində tərtib olunmalıdır;
  7. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
  8. Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur)

          Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
          Botschaft der Republik Aserbaidschan
          COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
          IBAN: DE73100400000266153601

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Dövlət rüsumu həmçinin bank kartı ilə POS-terminal vasitəsilə Səfirliyin konsulluq bölməsində ödənilə bilər.

Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

 

Diqqət!: Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə yuxarıda qeyd olunan dövlət rüsumu ilə yanaşı, AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ASAN Xidmətdə aşağıdakı dövlət rüsumu ödənilməlidir.

Yeni ümumvətəndaş pasportunun Səfirliyin konsulluq bölməsi vasitəsilə rəsmiləşdirilməsi üçün pasport üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra on iş günü ərzində ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq dövlət rüsumu ödənilməlidir.

Həmçinin qeyd edilən dövlət rüsumunun AR DİN-in hökumət ödəniş portalı (https://e-payment.mia.gov.az) vasitəsilə onlayn şəkildə ödənilməsi mümkündür (qeyd edilən portallarda ödənişi yalnız etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür).

  • bir yaşınadək uşaqlar üçün - 15 manat;
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
  • on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

Qeyd: Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə ASAN Xidmətdə aşağıdakı dövlət rüsumu ödənilməlidir:

  • bir yaşınadək uşaqlar üçün - 25 manat;
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
  • on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər.

Qeyd: Azərbaycan Respublikasında dünyaya gəlmiş, Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportuna malik olmayan, yalnız Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri olan, 18 yaşına çatmamış, Azərbaycan Respublikası vətəndaşlarına  ilk dəfə AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ilk növbədə həmin şəxs üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi ilə bağlı arayış (https://berlin.mfa.gov.az/az/content/44/azerbaycan-respublikasinin-vetendasligina-mensubiyyetin-mueyyen-olunmasi-qaydasi) əldə edilməlidir (Səfirliyin Konsulluq bölməsinə (poçt vasitəsilə) müraciət edilərək əldə edilə bilər). Bundan sonra isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Fərdi İdentifikasiya Nömrəsi (FİN) alınması üçün müraciət olunmalıdır (Səfirliyin Konsulluq bölməsinə (poçt vasitəsilə) müraciət edilərək əldə edilə bilər). Fərdi İdentifikasiya Nömrəsinin (FİN) alınması üçün aşağıdakı sənədlər poçtla Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir: 

  1. Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən (keçmiş zaqs) verilmiş doğum haqqında şəhadətnaməsi olan şəxsin özü və ya valideyni tərəfindən FİN alınması üçün müvafiq ərizə (nümunə);
  2. Ərizəyə ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əlavə edilməlidir;
  3. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti təsdiq edən arayışın surəti.

Qeyd: Almaniya Federativ Respublikasında dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşməsi qaydası ilə buradan (https://berlin.mfa.gov.az/az/content/74/almaniya-federativ-respublikasinda-dunyaya-gelmis-azerbaycan-respublikasi-vetendaslarinin-senedlesdirilmesi-qaydasi) tanış ola bilərsiniz.   

Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona muvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu rəsmiləşdirilir.

 

Qeyd: Yeni ümumvətəndaş pasportu hazır olduqda, vətəndaşlar pasportunu şəxsən Səfirliyin Konsulluq bölməsindən qəbul saatları zamanı növbə götürmədən təhvil ala bilərlər. Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARIBazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.

Qeyd: Yeni ümumvətəndaş pasport poçt vasitəsilə geri göndəriləcəyi halda, üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin (“Luftpolsterversandtaschen” tipli zərf tövsiyə olunur) və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə vətəndaşa məxsus vaxtı keçmiş pasport Konsulluq bölməsinə təhvil verilməlidir. 

Qeyd: Ümumvətəndaş pasportu itirildikdə ərizə, oğurlandıqda isə polis və ya müvafiq səlahiyyətli qurumun arayışı təqdim edilməlidir.

 

Son yenilənmə tarixi: 11.01.2024 

Arxiv üzrə axtarış