Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası

Almaniya Federativ Respublikasının səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlər Səfirliyin konsulluq bölməsində leqallaşdırılmalıdır. Bunun üçün həmin sənədin əsli ilk növbədə həmin sənədi rəsmiləşdirən qurumdan üst qurumda təsdiq edilməlidir (Beglaubigung von Urkunden für das Ausland (Legalisation)).

Aşağıda növləri göstərilən sənədlər AFR-in səlahiyyətli orqanlarında təsdiqlənə bilər:

  • Doğum, ölüm, nikah haqqında şəhadətnamələr, inzibati idarələr tərəfindən verilən digər şəhadətnamələr, qeydiyyat sənədləri, arayışlar və digər sənədlər: İnzibati rayon idarələri, rayon hökumətləri, əyalətlərin daxili işlər nazirlikləri, daxil işlər üzrə idarələr, senat, müşahidə və inzibati xidmət idarələri və xarici vətəndaşların məsələləri üzrə idarələr (Bezirksverwaltungen, Bezirksregierungen, Landesinnenministerien, Behörden für Inneres, Senatsverwaltungen, Polizeidirektion, Aufsichts- und Dienstleistungsdirektionen, Polizeidirektion, LABO in Berlin);
  • Ticarətlə bağlı sənədlər: Sənaye və ticarət palataları, Sənətkarlıq Palataları (Industrie- und Handelskammern, Handwerkskammern);
  • Məhkumluğun olmaması haqqında sənədlər: Baş Federal Prokurorluq, Federal Mərkəzi Reyestr (Generalbundesanwalt, Bundeszentralregister);
  • Etibarnamələr, məhkəmə və ya notarial qaydada verilən şəhadətnamələr: Əyalət və ya rayon məhkəməsi (Landgericht, Amtsgericht). Qeyd: Yalnız notarial qaydada təsdiq edilmiş sənədlər qəbul edilməyəcək və müraciətçiyə geri göndəriləcəkdir. 

Səfirliyin konsulluq bölməsinə aşağıdakı qaydada sənədlər təqdim olunmalıdır:

  1. Leqallaşdırılması tələb olunan sənədin əsli (Diqqət! Sənədin əsli yuxarıda göstərilən müvafiq qurumlardan birində əvvəlcədən təsdiq edilməlidir (Beglaubigung von Urkunden für das Ausland (Legalisation));
  2. 20 avro məbləğində dövlət rüsumunun Konsulluğun bank hesabına ödənilməsi barədə çap olunmuş qəbz.

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Səfirliyin konsulluq bölməsinə şəxsən gəldiyiniz halda, konsulluq əməliyyatları üçün nəzərdə tutulan dövlət rüsumları bank kartı ilə POS-terminal vasitəsilə ödənilə bilər.  

Diqqət! Müraciətçilər şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə müvafiq sənədləri təqdim edə bilərlər.

Şəxsən təqdim edildiyi halda: Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARIBazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.

Poçt vasitəsilə təqdim edildiyi halda: Sənədlər poçt vasitəsilə təqdim edildiyi və geri göndəriləcəyi halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır. Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

 

Son yenilənmə tarixi: 01.07.2023

Arxiv üzrə axtarış