Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir.

Məlumat aşağıdakı üsullarla verilə bilər:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Elektron Xidmətlər portalı vasitəsilə online formatda: Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə məlumatı AR Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə (video təlimat: https://www.youtube.com/watch?v=A2e89srLlOc) elektron formatda verə bilər: https://eservice.migration.gov.az/public/create-vqa-application

2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə məlumatı həmçinin Səfirliyin konsulluq bölməsi vasitəsilə verə bilər. Səfirliyin konsulluq bölməsi vasitəsilə Almaniya Federativ Respublikasının vətəndaşlığının qəbul edilməsi barədə məlumatın verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • Ərizə-anket (anket tam şəkildə doldurulmalıdır);
  • Azərbaycan Respublikasının etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;
  • Almaniya Federativ Respublikasının etibarlı şəxsiyyət vəsiqəsi və ya pasportunun surəti;
  • Almaniya Federativ Respublikasındakı ünvanı göstərən sənədin surəti;
  • 1 ədəd rəngli fotoşəkil (3x4).

Qeyd: Xarici dövlətin vətəndaşlığının qəbul edilməsi barədə məlumatın verilməsi üçün dövlət rüsumu ödənilmir.

Diqqət! Tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda müraciət qəbul edilməyəcək və sənədlər geri qaytarılacaqdır. 

Qeyd: Səfirliyin konsulluq bölməsi xarici dövlətin vətəndaşlığının qəbul edilməsi barədə məlumatın verilməsi ilə bağlı müraciətləri yalnız poçt vasitəsilə qəbul edir.

Qeyd: Müraciətlə əlaqədar müvafiq arayışın vətəndaşa poçt vasitəsilə geri göndərilməsi üçün üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır. Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

 

Son yenilənmə tarixi: 22.11.2022

Arxiv üzrə axtarış