Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair

Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş Azərbaycan Respublikası vətəndaşlarına yeni məlumatı əks etdirən AR-in ümumvətəndaş pasportu yalnız vətəndaşın yeni məlumatı özündə əks etdirən şəxsiyyət vəsiqəsi əldə etməsindən sonra rəsmiləşdirilə bilər. Nəzərə alınmalıdır ki, hazırda şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan Respublikasında rəsmiləşdirilir.

Bununla bağlı aşağıdakı tədbirlər həyata keçirilməlidir: 

1. Məlumat dəyişikliyinə dair AFR-in səlahiyyətli qurumları tərəfindən verilmiş sənəd (nikah haqqında şəhadətnamə və ya digər sənəd) Səfirliyin konsulluq bölməsində leqallaşdırılmalıdır. Bunun üçün həmin sənədin əsli ilk növbədə həmin sənədi rəsmiləşdirən qurumdan üst qurumda (misal üçün Bezirksverwaltungen, Bezirksregierungen, Landesinnenministerien, Behörden für Inneres, Senatsverwaltungen, Aufsichts- und Dienstleistungsdirektionen, Polizeidirektion, LABO in Berlin)) təsdiq (Beglaubigung von Urkunden für das Ausland (Legalisation)) edilməlidir. Bundan sonra təsdiq olunmuş sənədin əsli, həmçinin 20 avro məbləğində (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) dövlət rüsumunun ödənilməsi haqqında qəbz (və ya hesabdan çıxarış) Səfirliyin konsulluq bölməsinə poçt vasitəsilə təqdim olunmalıdır.

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

Qeyd: Leqallaşdırılmış sənəd poçt vasitəsilə geri göndəriləcəyi halda, üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır. 

2. Məlumat dəyişikliyinə dair leqallaşdırılmış sənədin əsli əsasında vətəndaş Azərbaycan Respublikasında qeydiyyatda olduğu ərazi üzrə Polis bölməsinə və ya ASAN Xidmət mərkəzlərinə müraciət edərək yeni şəxsiyyət vəsiqəsini əldə edə bilər. Yeni məlumatları özündə əks etdirən şəxsiyyət vəsiqəsi əldə edildikdən sonra vətəndaş yeni məlumatları özündə əks etdirən AR-in ümumvətəndaş pasportunu əldə edə bilər.

 

Son yenilənmə tarixi: 01.07.2023

Arxiv üzrə axtarış